Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

İpoteka krediti alan zaman borcalan hansı xərcləri ödəyir? Siyahı

İpoteka krediti alan zaman borcalan hansı xərcləri ödəyir? Siyahı

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ipoteka krediti vasitəsilə mənzil əldə edərkən yalnız kredit şərtlərini deyil, eyni zamanda bu proses zamanı tətbiq olunan dövlət rüsumlarını da nəzərə almaq vacibdir.

Banco.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu rüsumlar müxtəlif mərhələlərdə – müqavilələrin təsdiqi, dövlət qeydiyyatı və digər hüquqi prosedurlar zamanı ödənilir və aidiyyəti qurumlar tərəfindən həyata keçirilir.

Həmin rüsumlar bunlardır:

Alqı-satqı və ipoteka müqavilələrinin təsdiqi

İpoteka krediti hesabına alınan yaşayış sahəsi üzrə alqı-satqı və ipoteka müqavilələrinin (qarışıq müqavilə) təsdiqi üçün dövlət rüsumu məbləği əraziyə görə dəyişir.

Bakı şəhərində bu xidmət üçün 150 manat dövlət rüsumu müəyyən edilib. Digər şəhər və rayonlarda isə bu məbləğ daha aşağı - 50 manat təşkil edir. Bu proses Notariat ofisləri tərəfindən həyata keçirilir.

Güzəştli ipoteka üzrə rüsumlar

Güzəştli ipoteka krediti ilə mənzil əldə edən vətəndaşlar üçün daha aşağı dövlət rüsumları tətbiq olunur. Belə ki, Bakı şəhərində bu məbləğ 60 manat, digər şəhər və rayonlarda isə 25 manat təşkil edir. Bu da sosial həssas qruplar üçün əlavə maliyyə yükünü azaltmağa yönəlib.

Daşınmaz əmlakın dövlət qeydiyyatı

Mənzil alındıqdan sonra mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zəruridir. Bu xidmət üçün 50 manat dövlət rüsumu ödənilir. Qeydiyyat prosesi Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.

İpotekanın qeydiyyatı və dəyişikliklər

İpoteka ilə bağlı hüquqların dövlət qeydiyyatı da ayrıca rüsum tələb edir. İpotekanın ilkin qeydiyyatı üçün 30 manat ödənilir. Əgər ipoteka üzrə əlavə dəyişikliklər (əlavə qeydiyyat) aparılarsa, bu zaman 15 manat dövlət rüsumu tətbiq olunur.

İpotekanın ləğvi

Kredit öhdəlikləri tam yerinə yetirildikdən sonra ipoteka yüklülüyünün daşınmaz əmlak üzərindən götürülməsi üçün də rüsum ödənilir. Bu məbləğ 15 manat təşkil edir və yenə də qeydiyyat orqanı tərəfindən icra olunur.

Digər notariat xərcləri

İpoteka kağızını tərtib edən şəxsin imzasının təsdiqi üçün əlavə olaraq 3 manat dövlət rüsumu müəyyən edilib. Bu xidmət də notariat orqanları tərəfindən həyata keçirilir.

İpoteka kağızının qeydiyyatı

İpoteka sənədi (ipoteka kağızı) hüquqi qüvvəyə minməsi üçün dövlət qeydiyyatına alınmalıdır. Bu proses Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.

İpoteka kağızının dövlət qeydiyyatı üçün 10 manat dövlət rüsumu müəyyən edilib Əlavə qeydiyyat (dəyişiklik və ya yenilənmə hallarında) üçün isə 4 manat ödənilir

Bu mərhələ ipoteka hüquqlarının rəsmiləşdirilməsi baxımından vacibdir.

Sığorta xərcləri

İpoteka kreditləri üzrə sığorta mexanizmi həm bankı, həm də borcalanı risklərdən qorumaq məqsədi daşıyır. Sığorta müqavilələri adətən qısa müddətdə - 1-3 gün ərzində rəsmiləşdirilir.

Əsas sığorta növləri bunlardır:

Borcalanın sığortası – borcalanın ölümü və ya əmək qabiliyyətini itirməsi hallarında tətbiq olunur. Bu sığortanın dəyəri kredit məbləğinin təxminən 0,26%-dən 2%-dək hissəsini təşkil edir. İpoteka predmetinin sığortası – girov qoyulan daşınmaz əmlakın sığortasıdır və adətən kredit məbləğinin təxminən 0,2%-0,22%-i həcmində olur.

Bu sığorta növləri kredit müddətində risklərin minimuma endirilməsi üçün vacib şərt hesab olunur.

Daşınmaz əmlakın qiymətləndirilməsi

İpoteka krediti rəsmiləşdirilməzdən əvvəl alınacaq mənzilin bazar dəyəri müəyyənləşdirilməlidir. Qiymətləndirmə prosesi adətən 1-3 gün ərzində tamamlanır və mənzilin növündən, ölçüsündən və yerləşdiyi layihədən asılı olaraq dəyişir.

Köhnə tikili mənzillər

1-3 otaqlı mənzillər üçün minimum 180 manat 4 və daha çox otaqlı mənzillər üçün minimum 200 manat

Yeni tikili mənzillər

MİDA layihələri üzrə bütün mənzillər üçün 170 manat Sahəsi 120 m²-ə qədər olan mənzillər üçün 200 manat 121–150 m² arası mənzillər üçün 250 manat 151 m²-dən böyük mənzillər üçün 260 manat

Fərdi yaşayış evləri

Mərtəbəsindən və torpaq sahəsindən asılı olmayaraq 260 manat

Qiymətləndirmə nəticəsi bankın kredit məbləğini müəyyən etməsində əsas rol oynayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://banco.az
archiveBu xəbər 27 Aprel 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri