Icma.az
close
up
RU
İpotekadan kifayət qədər gəliri yüksək olan şəxslər faydalanır, halbuki bu sosial layihədir Eyyub Kərimli

İpotekadan kifayət qədər gəliri yüksək olan şəxslər faydalanır, halbuki bu sosial layihədir Eyyub Kərimli

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 984 borcalana 3,568 milyard manat kredit verilib.

Ölkədə ev sahibi olmaq istəyənlərin ən yaralı yeri ipoteka kreditləridir. Çünki mənzillərin artan qiymətləri ilə insanlar nağd şəkildə pul ödəyib ev sahibi ola bilmirlər. İpoteka isə onlara bu imkanı yaradır. Son illərdə ölkədə mənzil satışlarının xeyli hissəsi ipoteka kreditləşməsi ilə reallaşdırılır. Xüsusilə də sosial ipotekaya maraq böyükdür. Əsas gözləntilərdən biri də sosial ipoteka kreditlərinin məbləğinin artırılması ilə bağlıdır. Digər gözlənti dövlət vəsaitləri hesabına verilən adi ipoteka, həmçinin bankların öz vəsaitləri ilə verilən ipoteka kreditləri üzrə faizlərin aşağı salınmasıdır.

İpoteka kreditləri üzrə faiz dərəcələri necədir? Gələcəkdə faizlərin azalması ehtimalı varmı?

Sosial ipoteka kreditlərində faizlərin azaldılması nə dərəcədə realdır? Bu reallaşarsa, əmlak bazarına necə təsir edə bilər?

Ümumiyyətlə ipotekayla ev alanların qarşılaşdığı ən çox yayılmış problemlər hansılardır?

Məsələ bağlı Gununsesi.info-ya danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, dövlət başçısı ilbəil tərəfindən ipoteka fondunun büdcəsi artırılır:

“Düşünürəm ki, Azərbaycanda ipoteka fondu tərəfindən ayrılan, həm kreditlər, həm  kirayə şərti ilə mənzillər ölkədə hazırda mövcud kredit faizlərinə nisbətən kifayət qədər aşağıdır, hətta mən deyərdim 50 %-ə yaxın fərqlənir. Sözsüz ki, biz MDB dövlətləri və bəzi beynəlxalq təcrübələrə də baxanda elə bir ciddi fərq görmürük. Əlbəttə ki, dövlət başçısı ilbəil tərəfindən ipoteka fondunun büdcəsi artırılır. Bu da daha geniş əhali kütləsininin bu ipotekadan bəhrələnməsinə imkan verir. Burda bir məsələ də var. Mən hesab edirəm ki, kirayə hüququ ilə mənzillər əldə edilməsi kifayət qədər insanlara geniş imkanlar yaradır. Buna sahibkarlar, 1000 manata qədər maaş ala bilən insanlar da faydalana bilər”.

İqtisadçı vurğulayıb ki, ipotekaya müraciət edənlər orta məktəb, universitet müəllimləri olsa, daha yaxşı olar:

“Sözsüz ki, bu gün bilirsiz mənzil bazarında qiymətlər kifayət qədər bahadır. Bu da ipotekaya müraciət edənlərin sayını daha çox artırır. Dövlət tərəfindən əlbəttə ki, bütün müraciət edənlərin bundan yararlanmasına əlbəttə ki, maliyyə yönəlməsi mümkün deyil. Lakin qeyd etdiyim kimi ipoteka fondunun büdcəsi artırılır. Hesab edirəm ki, əlbəttə yaxşı olar ki, müraciət edə biləcək şəxslərin əhatəsi daha da genişlənsin. Regionlarda da da kifayət qədər bundan istifadə edə bilən insanlarımıza şərait yaradılsın. Sosial ipoteka tətbiq olunan əhali kateqoriyasının sıraları genişlənməlidir. Buna yaxşı olar ki, orta məktəb, universitet müəllimlərinə də şamil edilsə daha yaxşı olar”.

Eyyub Kərimlinin sözlərinə görə, imkanlı şəxslər bir neçə mənzillər alıb özləri yaşamasa da kirayə verirlər:

“Əlbəttə ki, bu sistemdə çatışmazlıqlar da var. Çünki bəzi hallarda biz müşahidə edirik ki, hətta kifayət qədər gəliri yüksək olan şəxslər bundan faydalanır. Hətta adına bir mənzil olan, yaxud bir neçə mənzil olan şəxslər də məvacibləri imkan verdiyi qədər bundan faydalanır. Bununla bağlı müəyyən məhdudiyyətlər tətbiq edilsə, daha yaxşı olar. Yəni müəyyən hədd gəlirlərindən yüksək olan insanlar bundan faydalanması üçün məhdudiyyət qoyulmalıdır.  Çünki bu sosial layihədir. Bu daha çox imkansız, nağd və digər üsulla əmlak ala bilməyən şəxslərə şamil olunmalıdır. Bu sosial layihə də dövlət tərəfindən həyata keçirilir. Bu baxımdan əlbəttə ki, mən dəfələrlə vurğulamışam bu cür əhali kateqoriyasının bundan istifadə edilməsinə müəyyən məhdudiyyətlər qoyulsa daha yaxşıdır. Çünki bəzi hallarda biz müşahidə edirik ki, imkanlı kateqoriyasında olan şəxslər 1-ci, 2-ci, 3-cü mənzil kimi əldə edərək kirayə verirlər. Heç özləri də yaşamırlar. Bununla bağlı araşdırma aparılsa və müvafiq tədbirlər görülsə, digər ehtiyacı olan əhali kateqoriyasının daha çox ev əldə etmək imkanları olar”.

Günel Həsənova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri