Icma.az
close
up
RU
İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycandakı universitetlərlə əməkdaşlığa tam hazırıq Video

İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycandakı universitetlərlə əməkdaşlığa tam hazırıq Video

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Bakıda olmağımın çox səbəbi var. Birincisi, Bakını çox sevirəm. İkinicisi, COP29-a qatılmışam. Əvvəlki illərdə keçirilən COP-ların konfranslarına da qatılmışdım. Burada son olaraq verilən nəticələrlə bağlı bir ümumi dəyərləndirmə etmək, son dönəmlərdə nələrin danışıldığını bilmək, bizim bu nəticələri universitetimizə necə inteqrasiya edəcəyimizi düşünmək və fərqli insanları tanımaq baxımından çox önəmli olduğunu düşünürəm. Mən burda 3 fərqli çıxış edəcəyəm. Amm bu gün hərhalda iqlimlə əlaqəli olan və bu prosesə təsir edən qurumları və Bahçeşehir Universiteti adına dəyərləndirmə üçün burdayam. Bahçeşehir Universiteti bu prosesin içindədir. Ümumiyyətlə, Türkiyədə və dünyada ilkləri reallaşdıran bir universitet olaraq hərəkət edirik. Bizim ən önəmli məqsədimiz Türkiyədə davamlılıq mövzusu üzrə savadlılığın təmin edilməsidir. Təkcə tələbələrimiz deyil, eyni zamanda kampuslardan kənarda da bir təhsil reallaşdırmaq istəyirik”.

Bu barədə Bizimyol.info xəbər portalına müsahibəsində Bahçeşehir Universitetinin rektoru, professor Esra Hatipoğlu danışıb. Rektor qeyd edib ki, universitetin çox sayda K12 tələbələri, məktəbləri və kollecləri var.

Prof. Dr. Esra HATİPOĞLU

“Biz ətaf mühit işlərini çox kiçik yaşlarından başlamaqla, həyat boyu öyrənməyə doğru olan prosesi reallaşdırmağa çalışırıq. Təkcə universitet tələbələrinin fərqindəliyinin yaradılması deyil, cəmiyyətin fərqindəliyinin yaradılması çox önəmlidir.

Daha davamlı bir kampus yaratmağa çalışırıq. Daha az enerji istifadəsi və daha çox tullantılardan istifadə edərək, bitki istehsalını necə təmin edə biləcəyimizi müzakirə edirik. Enejiyə qənaət mövzusunda hər kəsi xəbərdar edirik. Mövcud enerji sistemlərini yenilənə bilən enerji sistemləri ilə əvəz etmək mövzusunda fikir mübadiləsi aparırıq. Süni intellektin və rəqəmsallaşmanın bu prosesdə necə bir təsiri olacaq, bunu qiymətləndirməyə çalışırıq. Belə bir mədəniyyət yaratmaqdır, fikrimiz.

İqlim dəyişikliyi, ətraf mühit, davamlı inkişaf hədəfləri ilə bağlı 90-dan çox dərsimiz var. Bütün tədbirləri davamlı inkişaf hədəfləri ilə əlaqələndirməyə çalışırıq. "Hansı davamlı inkişaf hədəfi ilə bunu əlaqələndirə bilərik?" deyə çox sayda araşdırmalarımızı bu mövzulara yönləndirməyə başlamışıq. Tələbələrimizin bu mövzuda layihələri var”-deyə professor Esra Hatipoğlu bildirib.

Bahçeşehir Universitetinin rektoru qeyd edib ki, universitet “İqlim dəyişikliyi” kitabı hazırlayıb və bu mövzu üzrə çox sayda sertifikatlı proqramlar həyata keçirilir: “Universitetimizdə “İqlim ədaləti”, “Ətraf mühit ədaləti” kimi mövzular üzrə tələbələrin fərqindəliyi artırılır. Tələbələr müxtəlif təqaüdlü proqramlara yönləndirilir və bu mövzuda disertasiyalar yazılması üçün təşviq olunurlar. Son illərdə magistr və doktorantura dissertasiyalarında istifadə olunan mövzular arasında xüsusi olaraq bu mövzulara daha çox üstünlük verilir”.

Rektor vurğulayıb ki, eyni zamanda həyata keçirilən işlərin tələbələrə necə təsir etdiyini də ölçməyə çalışırlar. Belə ki, son zamanlar dünyanın gündəmini məşğul edən iqlim mövzusunda fərqindəliyin 4 dəfəyə qədər artdığı müşahidə edilir.

“Ən böyük fərqindəlik, iqlim dəyişikliyi mövzusundadır. Biz Bahçeşehir Universiteti olaraq, bu mövzu üzrə sistemli şəkildə təhsilin tələbələr üçün təmin edilməsi və fərqindəlik yaradarkən bunun dərindən mənimsənilməsinə önəm veririk”-deyən Esra Hatipoğlu bildirib ki, Bahçeşehir Universiteti çox sayda universitetlə əməkdaşlıq edir və müxtəlif layihələrin həyata keçirilməsində dəstək olur. Rektor əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizədə Bahçeşehir Universiteti Azərbaycandakı universitetlərlə əməkdaşlığa hazırdır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2024 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri