İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilən məkanda noyabrın 23-də iqlim fəalları növbəti etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağıran şüarlar səsləndiriblər. Onlar Qərb ölkələrini COP29 danışıqlarının məhsuldar bitməsi üçün aktivlik nümayiş etdirməməkdə ittiham ediblər.
Qeyd edək ki, noyabrın 11-dən bəri COP29 məkanında hər gün aksiyalar keçirilir. Etirazçıların fikirlərini ifadə etmələri üçün bütün şərait yaradılıb.

İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar VİDEO AZƏRTAC
23 Noyabr 2024 17:35
Ekofəallar inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
24 Noyabr 2024 00:29
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə ÇAĞIRDILAR
23 Noyabr 2024 16:21
İqlim fəalları COP29 çərçivəsində Türkiyəni kömürdən imtina etməyə çağırıblar AZƏRTAC
20 Noyabr 2024 12:12
BMTnin Baş katibi inkişaf etmiş ölkələri iqlim böhranına
13 Noyabr 2024 14:04

