İqtisadçı: “ABŞ İran gərginliyi iqtisadi böhran və qlobal riskləri artırır”
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Tramp ümid edir ki, İran limanlarını blokada da saxlamaqla İranda iqtisadi böhran yaranacaq”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçı İsmayıl Qaşqay deyib:
“İran iqtisadiyyatı dağılacaq və nəticədə etirazların yeni dalğası insanları kütləvi şəkildə küçələrə çıxaracaq
İranlılar isə iqtisadi çətinliklərə dözməyə, etirazların qarşısını almaq üçün bütün vasitələrdən yenə də istifadə etməyə hazır olduqlarını nümayiş etdirirlər və Trampa həm ABŞ-ın müttəfiqlərinin, həm Respublikaçılar partiyası funksionerləri və onların sponsorlarının, həm də biznes strukturlarının təzyiqlərini və dünya iqtisadiyyatında artan gərginliklikləri yaxından izləyirlər
Nəticədə, artan qlobal iqtisadi böhran riskini, baş verə biləcək qlobal iqtisadi fəlakəti vecinə almayan iki tərəf formalaşıb və hər iki tərəf böyük bir təhlükəli oyunun içərisindədirlər
Tramp nədənsə inanır ki, o, öz ölkəsində rahat şəkildə oturub, ABŞ-a heç bir zərər vermədən sadəcə olaraq prosesləri izləyə bilər, iranlılar isə artıq elə vəziyyətdədirlər ki, artıq itirəcəkləri heç nə qalmayıb
Bizlərin isə iki əlimizlə başımızı tutub bütün bu baş verənləri izləməkdən başqa çarəmiz qalmayıb”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 04 May 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















