Icma.az
close
up
RU
İqtisadçı Akif Nəsirli: Hökümət gərək özünü aldatmasın, iqtisadiyyatın bütün seqmentlərində rəqabət mühiti formalaşdırsın

İqtisadçı Akif Nəsirli: Hökümət gərək özünü aldatmasın, iqtisadiyyatın bütün seqmentlərində rəqabət mühiti formalaşdırsın

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə hökuməti restoran və kafelərdə məcburi servis haqqı tutulmasını qadağan etməyə hazırlaşır. Türkiyənin Ticarət Nazirliyi qida və içki xidmətləri göstərən restoran, kafe, şirniyyat və bənzər müəssisələrin müştərilərdən xidmət, süfrə rüsumları və ya bənzər adlar altında ödəniş tələb etməsinin qarşısını alacaq yeni qayda tətbiq edəcək. Nazirliyin yaydığı məlumata görə, restoran və kafelər müştərilərdən tarif və qiymət cədvəlində göstərilən qiymətlərdən başqa istənilən adla xidmət haqqı və ya hər hansı digər ödənişi yalnız menyuda əvvəlcədən göstərmək şərti ilə tuta bilərlər. Bununla da Ticarət Nazirliyinin hazırlaşdığı dəyişikliklər müəssisələrin müştərilərdən masa haqları və ya oxşar ödənişlər tələb etməsinin qarşısını alacaq. Müştərilər öz istəkləri ilə, könüllü olaraq yemək və içki xərcləri ilə yanaşı, «çay pulu» kimi əlavə ödənişlər də edə bilərlər, buna qadağa qoyulmur. Bu qayda, müştərilərə keyfiyyətli xidmət göstərmək üçün restoranlar arasında rəqabəti artıracaq. Tənzimləmə dəyişikliyi ilə restoranlar, kafelər, şirniyyat evləri və bu kimi qida və içki xidməti müəssisələri artıq öz menyularına xidmət, süfrə rüsumları və ya hər hansı digər ödənişləri qeyd edə bilməyəcək. Bu da o deməkdir ki, istehlakçılar yalnız istehlak etdikləri qida və içkilərin pulunu ödəyəcəklər.

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bir restoran sahibi müştəridən əlavə hər hansı bir xidmət haqqı alır, nəticədə bu da qiymətin bahalaşdırılmasıdır.

Akif Nəsirli

“Müştərilərdən əlavə xərclərin alınması moda deyil, bu hər hansı bir restoran şəbəkəsinin özünün inhisarçılığını müəyyən etməsi ilə əlaqədardır. İnhisarçılıq olmasa, bazarda və ya bu seqmentdə güclü rəqabət mühiti formalaşdırılsa, müştərilərin restoran xidmət sahələrinin ən böyük problemi qiymətləri qaldırmaq, yaxud qiymətlərə əlavə qiymətlər qoymaq olardı. Yəni bir restoran sahibi müştəridən əlavə hər hansı bir xidmət haqqı alırsa və sair nəticədə bu qiymətin bahalaşdırılmasıdır. Qiymətin bahalaşmasını restoran xidmət sahəsi ona görə rahatlıqla həyata keçirir ki, o öz seqmentində hardasa monopol mövqeyə malikdir. Onu bazarda buna sövq etməmək, cəsarətləndirməmək üçün bazar iqtisadiyyatının yeganə təsir mexanizmi rəqabət mühitinin kəskinləşdirilməsi, rəqabət mühitinin normallaşdırılmasıdır. Baxın, Türkiyə hökuməti belə bir qərar qəbul edəcək - süfrə rüsumu, xidmət haqqı və sair aradan qalxacaq, menyunun qiyməti bahalaşacaq. Menyunu bahalaşdırmaqla məsələni həll edir. Hər halda biz sahibkarın qiyməti bahalaşdırmağa olan meylini aradan qaldırmalıyıq. Bu meylin aradan qaldırılmasının bazar iqtisadiyyatında yeganə yolu rəqabət mühitinin formalaşdırılması, rəqabətin kəskinləşdirilməsidir, amansızlaşdırılmasıdır. Bir məhsulu, bir yeməyi, tutaq ki, “çiğ köfte”ni 100 sahibkar təklif edirsə və gələn müştəri onların arasında seçim imkanına malikdirsə, deməli burda qiymət bahalaşdırmaq ən çətin məsələdir. Müştəri 100 nəfərdən birini seçəcək. Çox güman ki, onun məqsədi ən sərfəli, ən keyfiyyətli, ən aşağı qiymətə olan məhsulu seçmək olacaq. Bununla da orda böyük rəqabət mühiti güclənəcək ki, müştəri niyə Əlini seçdi, amma məni seçmədi. Vəli qaldı müştərisiz. Bu zaman yol axtaracaq - neyləsin ki, daha keyfiyyətli, daha ucuz məhsul təklif etsin. Belə-belə rəqabət mühiti bazar iqtisadiyyatında qiyməti tənzimləyən ümdə vasitədir.

Bundan əlavə dövlət tənzimləmələri heç biri bu qədər qiyməti səmərəli tənzimləyə bilmir. Onlardan hər birindən – hər bir tənzimləmədən, hər bir qadağadan yayınmaq mümkündür, amma rəqabət mühitinin yaratdığı nizamdan qaçmaq mümkün deyil. Ona görə də mən Azərbaycan hökumətinə də, Türkiyə hökumətinə də demək istəyirəm ki, özünüzü aldatmayın. Gedin iqtisadiyyatın bütün seqmentlərində rəqabət mühiti formalaşdırın. Bu mühit həm keyfiyyəti yüksəldəcək, həm də optimal, ədalətli qiyməti formalaşdıracaq”-deyə Akif Nəsirli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri