Icma.az
close
up
RU
İqtisadçı: problemli kreditlərin silinməsi ilə bağlı heç bir mexanizm mövcud deyil

İqtisadçı: problemli kreditlərin silinməsi ilə bağlı heç bir mexanizm mövcud deyil

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Razi Abbasbəyli: "Orta və iri kreditlərdə qaytarılma ilə bağlı ciddi problem yoxdur"


Kiçik və ani istehlak kreditləri ilə bağlı problemlərin həcmi çoxalmağa başlayıb.


Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,5 % çoxdur.

Məlumata görə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,4 %, son 1 ildə isə 12,8 % artıb.

Dekabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət noyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il dekabrın 1-nə isə 1,9 % olub.


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda problemli kreditlərin həcminin artmasının bir sıra səbəbləri var:     


“Birincisi kredit faizlərinin yüksək olmasıdır. İkinci səbəb isə  ölkədə inflyasiyanın sürətlənməsidir. Digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsi, sabit gəlirlərini daha çox zəruri yaşam ehtiyaclarını qarşılamaq üçün sərf edilməsi, nəticə etibarilə vətəndaşların kredit qaytarma imkanlarını azaldır. Azərbaycan vətəndaşları ümumi gəlirlərinin təxminən 60 faizini qida və ərzaq məhsullarına, 20 faizini isə kommunal və nəqliyyat xərclərinə sərf edirlər. Nəticə etibarilə bu xərclərdən sonra yerdə qalan vəsaitlərin öhdəliklərin icra edilməsi üçün kifayət etməməsi və ildən ilə inflyasiya göstəricilərinin, yaşam şərtlərinin ağırlaşması problemli kreditlərin həcminin çoxalmasına da səbəb olur. Həmçinin kreditlərin faiz dərəcələri kifayət qədər yüksəkdir. Bank Olmayan Kredit Təşkilatları (BOKT) asanlıqla kiçik məbləğlərdə kredit təklif etdiyinə görə 18 yaşdan sonra vətəndaşların kredit əldə etmək imkanlarını asanlaşdırır və onlar həmin kreditləri əldə edirlər. Noyabr ayının 24 də Azərbaycan Mərkəzi Bankı qərar qəbul etdi ki, Bank Olmayan Kredit Təşkilatları ani istehlak kreditləri ilə bağlı kredit faizlərini və kredit müddətlərini dəyişməlidir. Bu fevral ayının 24 dən sonra qüvvəyə minəcək qərardır. Qərara görə, gündəlik kredit faiz dərəcəsi 0.3 faizdən yuxarı və kredit müddəti 45 gündən az verilə bilməz. İndiki şərtlərdə isə kredit verən Bank Olmayan Kredit Təşkilatları gündəlik təxminən faiz dərəcələrini 7-8 faiz ə qədər hesablayırlar. Nəticə etibarilə də, kiçik istehlak kreditlərinin həcmində problemli kreditlərin artmasına gətirib çıxarır. Problemli kreditlər iri və orta kreditlərin qaytarılması ilə bağlı göstəricilərdə özünü göstərmir. Yəni orta və iri kreditlərdə kreditlərin qaytarılması ilə bağlı araşdırmalar zamanı görürük ki, ciddi problem yoxdur. Yalnız kiçik və ani istehlak kreditləri ilə bağlı problemlərin  həcmi çoxalmağa başlayıb. Bununla bağlı ciddi tədbirlər görülməlidir. Əgər kredit öhdəliyi götürmüş vətəndaşla bağlı problem üç il müddətində məhkəmə müstəvisində mübahisələndirilməsə, kreditin verildiyi müddətdən keçən üç il ərzində ödəməli olan tərəf krediti ödəmirsə və qarşı tərəf hüquqi müstəvidə mübahisələndirmirsə, o zaman kreditlər avtomatik olaraq öhdəlikdən çıxarılır və bu kreditlər silinmiş hesab olunur. Amma heç bir halda mövcud olan qanunvericiliyə görə, kredit öhdəlikləri ləğv edilmir və kredit borcları silinmir. Müstəsna hallarda bu Azərbaycan Maliyyə Nazirliyi ilə Mərkəzi Bankın verə biləcəyi qərardır. Hansı kateqoriyada kreditlər silinə bilərsə, onun üçün ümumi dövlət büdcəsindən xüsusi vəsait ayrılır və bu vəsaitlər də maliyyə amnistiyası formasında nəzərdə tutulan kreditlər üçün şamil edilə bilər. Lakin bugünkü real yaşam rejimində problemli kreditlərin silinməsi ilə bağlı heç bir mexanizm mövcud deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri