Icma.az
close
up
RU
İqtisadçı: “Su itkilərinin qarşısı alınmalı, qiymət artımı son çarə olmalıdır”

İqtisadçı: “Su itkilərinin qarşısı alınmalı, qiymət artımı son çarə olmalıdır”

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA - keçmiş "Azərsu") dövlət qurumu olduğu üçün vətəndaşların sosial-maddi vəziyyəti nəzərə alıb yekun qərar verilə bilər. Amma ADSEA dəfələrlə rəsmi açıqlamalarında və açıladığı statistikada göstərir ki, hazırda su maya dəyərindən 3 dəfə aşağı qiymətə satılır. Faktiki olaraq, bu qurum zərərlə işləyir”.

Metbuat.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a iqtisadçı Allahverdi Aydın deyib.

O bildirib ki, zərəri aradan qaldırmaq üçün suyun maya dəyərini aşağı salmaq lazımdır:

“Zərərdən çıxmaq üçün alternativ olaraq qiymətlərin artırılması üzərində düşünülür. Amma hesab edirəm ki, bu alternativ deyil. Zərəri aradan qaldırmaq üçün suyun maya dəyəri aşağı salınmalıdır. Maya dəyərinin aşağı salınması üçün dövlət bu sahəyə əlavə investisiya yatırmalıdır. Ya da özəl qurumları bu sahəyə cəlb etməlidir. Yəni özəl sektor bu sahəyə sərmaye qoymalıdır.İstehsal olunan suyun təxminən 40 faizi itkiyə və başqa məqsədlərə gedir. Bu itkinin qarşısı alınmalıdır. Məsələn, borular yenilənməlidir.Bir sözlə, bu sahəyə ciddi həcmdə sərmaye yatırılmalıdır”.

Ekspert vurğulayıb ki, suyun qiymətini artırmaq hesabına maya dəyərini azaltmaq düzgün variant deyil:

“Bu sahəyə investisiya qoymaq üçün dövlətin yetərincə imkanı var. Suyun 40 faizinin itkiyə getməsi milyonlarla manatın itirilməsi deməkdir. Vaxtilə təbii qaz sektorunda da bu cür itkilər olurdu. Dövlət Neft Şirkəti (SOCAR) müəyyən investisiyalarla həmin ziyanın həcmini xeyli azaltdı.Eyni təcrübəni su sahəsində də etmək olar. Dövlət qurumları bunun üzərində işləməlidir. Onsuz da maya dəyərinin qarşılanması üçün suyun tarif qiyməti 3 dəfəyədək artırılmalıdır. Yəni 1 kubmetr suyun qiyməti hazırda 1 manatdırsa, bunu 3 manatadək artırmaq lazımdır ki, qurum zərərlə işləməsin. 1 kubmetr suyun 3 manat olması isə əhalisi üçün kifayət qədər ağır maliyyə yükünə çevriləcək.Fikrimcə, birdən-birə belə radikal qiymət artımı olmayacaq. Amma tariflərdə müəyyən artımlar ola bilər. 3 manata başa gələn su 1 manata satılırsa, ADSEA hər kubda 2 manat ziyana gedir. Bunu bir şəkildə kompensasiya etməyi düşünürlər. Bu baxımdan, bu il 20-30 faizlik qiymət artımına gedə bilərlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 İyun 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri