Icma.az
close
up
RU
İran İsrail regionda enerji resurslarına və enerji nəqliyyat yollarına yaxın ölkələrdir POLİTOLOQ ŞƏRH ETDİ

İran İsrail regionda enerji resurslarına və enerji nəqliyyat yollarına yaxın ölkələrdir POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Bildiyiniz kimi, İran və İsrail arasında baş vermiş son münaqişədən sonra tərəflər arasında atəşkəs əldə olunub. Lakin bu atəşkəsin davamlılığı bir sıra suallar doğurur. Beynəlxalq müşahidəçilər və regional ekspertlər bu razılaşmanı kifayət qədər kövrək hesab edirlər. Hər iki tərəfin siyasi ritorikasında və hərbi mövqelərində davam edən gərginlik, bu atəşkəsin istənilən an pozula biləcəyi ehtimalını artırır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, əgər münaqişə yenidən alovlanarsa, bu hadisə ilk növbədə Yaxın Şərq regionunda ciddi geosiyasi dəyişikliklərə gətirib çıxara bilər. İranın dəstəklədiyi qrupların və İsrailin müttəfiqlərinin bu qarşıdurmaya cəlb olunması genişmiqyaslı bir regional savaşa səbəb ola bilər. Belə bir ssenari, xüsusilə Fars körfəzi ölkələri, Livan, Suriya və İraq kimi qonşu dövlətlərdə sabitliyi daha da zəiflədə bilər: "Eyni zamanda, bu münaqişənin dünya bazarlarına da ciddi təsirləri olacaq. İran və İsrail regionda enerji resurslarına çıxışa və enerji nəqliyyat yollarına yaxın ölkələrdir. Gərginliyin artması neft və qaz qiymətlərində ciddi dalğalanmalara, qlobal inflyasiyanın sürətlənməsinə və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb ola bilər. Daha da önəmlisi, bu müharibə dünya gücləri – ABŞ, Rusiya, Çin və Avropa İttifaqı – arasında daha kəskin mövqe ayrılıqlarına yol aça bilər. Hər bir beynəlxalq güc bu prosesdə öz maraqlarını qorumağa çalışacaq ki, bu da dünya siyasətində yeni bloklaşma və toqquşma risklərini artıracaq. Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionu da bu gərginlikdən kənarda qala bilməz. Regional sabitliyə təsir edən istənilən genişmiqyaslı münaqişə iqtisadi əlaqələrə, enerji layihələrinə və təhlükəsizlik mühitinə dolayısı ilə təsir göstərə bilər.

Nəticə etibarilə, İran-İsrail qarşıdurmasının yenidən alovlanması təkcə iki ölkə arasında olan müharibə deyil, həm də geniş miqyaslı regional və beynəlxalq böhrana çevrilə bilər. Bu səbəbdən, beynəlxalq ictimaiyyət və vasitəçi qurumlar bu atəşkəsin qorunmasına və dialoqun davamlı olmasına xüsusi diqqət yetirməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri