Icma.az
close
up
RU
İran prezidenti Pezeşkian ABŞ ın təzyiqlərinə türkcə sözləri ilə cavab verib

İran prezidenti Pezeşkian ABŞ ın təzyiqlərinə türkcə sözləri ilə cavab verib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran prezidenti Məsud Pezeşkian türkcə vurğulayıb ki, ABŞ-la nüvə danışıqlarına qapını bağlamamışlar, lakin təzyiq altında mütləq danışıqlara getməyəcəklər.

Bizimyol.info xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Tehranda keçirilən tədbirdə çıxış edən Pezeşkian ABŞ-la danışıqların mümkünlüyünə toxunub.

Pezeşkian ABŞ-ın İrana qarşı “maksimum təzyiq” siyasətinə işarə edərək deyib:

“Biz “danışıqlara getməyəcəyik” deməmişik, əvvəldən demişdik ki, danışıqların aparılmasını istəyirik, lakin heç bir halda bütün şərtlərin məcburən qəbul ediləcəyi danışıqlara getməyəcəyik. “Onlar sanksiyalar tətbiq edə bilməzlər, sonra deyirlər ki, sizdə raketlər və ya silahlar olmamalıdır, sonra yenidən danışıqlardan danışırlar”, - deyib.

Pezeşkiyan danışıqların hörmət çərçivəsində aparılmalı olduğunu bildirib: “Bizim türkcə deyimimiz var, belə öyrəşmişik. Deyir; “Keçmə namərd körpüdən, qoy aparsın sel səni. Yatma tülkü kölgəsində, qoy yesin aslan səni”. Yəni ləyaqət və azadlıq hər şeydən öndədir. İnsan tülkü kölgəsində yatsa da, sel aparsa belə, qorxaqların kölgəsində qala bilməz. Bizi hədə-qorxu ilə hər şeyə məcbur edə biləcəklərini düşünürlər. Biz insanıq və hörmətlə danışacağıq, amma təzyiqlərə boyun əyməyəcəyik”, - deyə qeyd edib.

ABŞ və İsrailin təhdidlərindən qorxmadıqlarını deyən Pezeşkian: “Bəziləri Amerika onu dəstəklədiyi üçün İsraildən qorxur, amma biz qorxmuruq və qorxmayacağıq. Belə olmaq bizim cəmiyyətə yaraşır. Əminəm ki, Allahın köməyi ilə biz bütün problemlərimizi həll edəcəyik, lakin hamımız bilirik ki, bu bir gecədə baş verməyəcək”, - deyə İran prezidenti deyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri