“İran rejimi hücumlardan dərhal sonra çökməzsə, Rusiya və Çinin dəstəyi gündəmə gələ bilər” DEPUTAT
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İran ABŞ-ın bütün şərtləri ilə razı olmadığını açıq şəkildə bəyan edib. Bu fonda müqavimət qruplarının yaradılması və əsas fiqurlar üçün bir neçə əvəzləyicinin müəyyən edilməsi, mümkün genişmiqyaslı hücum zamanı ölkənin və rejimin idarəetməsinin davamlılığını təmin etməyə hesablanıb. Bu qərar İran hökuməti və ali dini rəhbərlik səviyyəsində qəbul edilib”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib:
“İran əvvəlki hücumlardan yəni Suriyaya, Livana və İrana edilən zərbələrdən nəticə çıxararaq ABŞ və İsrailin əsas planının ilk mərhələdə siyasi və hərbi rəhbərliyi sıradan çıxarmaq olduğunu anlayıb. Məhz bu plana qarşı müqavimət mexanizmləri formalaşdırılıb.
Əgər İran rejimi hücumlardan dərhal sonra çökməzsə, Rusiya və Çinin dəstəyi gündəmə gələ bilər. Şoyqunun son telefon danışıqları fonunda, xüsusilə Çinin müəyyən formada, hətta hərbi dəstək verməsi ehtimalı istisna edilmir”.
Deputat əlavə edib ki, Çin və Rusiya strateji baxımdan ABŞ-ın İran və Yaxın Şərqdə uzunmüddətli münaqişəyə cəlb olunmasında maraqlıdır.
“Rusiya üçün bu, Amerikanın resurslarını İrana yönəldərək Ukrayna üzərində üstünlüyünü bərpa etmək deməkdir. Çin üçün isə ABŞ-ın diqqətinin yayındığı bir şəraitdə Tayvan üzərində suverenliyini gücləndirmək imkanı yaranır.
Bütün bunlar göstərir ki, region ciddi hadisələrin astanasındadır”
Tural Gəncəliyev hesab edir ki, İrana qarşı mümkün hücum əsasən hava zərbələri ilə həyata keçirilə bilər.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 14 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















