Icma.az
close
up
RU

İran rejimi ilə bağlı ŞOK İDDİA: Bu işə yeniyetmə qızları, tələbələri cəlb edirlər

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, İranda həbsdə saxlanılan Fərid Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də tarixində İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb.

O, tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

Xatırladaq ki, İran dövləti cəsusluqda ittiham edilən Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarmışdı.

Mövzu ilə bağlı fikirlərini Gununsesi.info-ya şərh edən ilahiyyatçı-ekspert Tural İrfanın sözlərinə görə, İran dünyəvi qanunlardan və çox zaman beynəlxalq hüquqdan kənar orta əsr ənənələri ilə, bəzən da quldur qaydaları ilə addımlar atır.

“Cənab Preziden İlham Əliyevin səyləri nəticəsində İranda qanunsuz həbs edilmiş Azərbaycan vətəndaşı olan tələbə Fərid Səfərli azad edildi. Tələbə demək olar ki, əsir saxlanılmışdı.

Təəssüf ki, İran üçün qonşu, dost, müsəlman qardaşlığı anlayışı yoxdur. Mütəmadi olaraq Azərbaycana qarşı narkotik müharibəsi aparır. İranda xüsusi nazirliklər var ki, dünyadakı müsəlman ölkələrinə narkotik ixracı sahəsinə nəzarət edir. Din pərdəsi altındakı radikal terrorçu əqidə ilə zəhərləmək onlar üçün ilk plandadır. Kimi bu təsirə sala bilmirlərsə, inancdan uzaqdırsa onu narkotikə bulaşdırırlar. Eynən vaxtilə Ələmut qalasında Səlcuqlulara qarşı terror aktları həyata keçirən xaşxaşilər kimi, təsir altında aldıqlarına narkotik verib onu teorrda istifadə edirlər.

İran rejimi bu gün nəinki İslam aləmi üçün, bütün bəşəriyyət üçün ciddi təhdiddir. İran rejimi hətta öz daxilində də sağlam adamları, savadlı vətəndaşlarını, ədalət tələb edənləri edam edir, həbs edir, işgəncələrə məruz qoyur. Əsədin işgəncə məkanı olan Seydnaya həbsxanasından daha betər işgəncə məkanları İranda mövcuddur. Minlərlə soydaşımız orada işgəncə çəkir.

Hər il qeyri – qanuni və ya siğədən dünyaya gələn on minlələrə oğlan uşağını narkotik ticarətində istifadə edirlər. Bir qismini də terrorçu dəstələrə qoşurlar. Qaranlıq həbsxanalarda saxlayaraq psixotrop dərmanlar vasitəsi ilə müsəlman ölkələrində gələcəkdə terror həyata keçirmək üçün kamikadze olaraq hazırlayırlar. İslam dinini İran təhrif edərək mahiyyətini dəyişib fars ideoloji-siyasi ambisiyalarına alət edib. Kim İrana irad tutursa, deyir, bunu İslam tələb edir. Yəni törətdiyi bütün cinayətləri İslama bağlayır, dinlə əlaqələndirirlər”– deyə ekspert əlavə edib.


T.İrfan vurğulayıb ki, İran dövləti F.Səfərlini qərəzli və heç bir hüquqi əsas olmadan həbs etmişdi:  “İranda yalnız ermənilər və terrorçular azad yaşaya bilir. Terrorçuluğu tərənnüm edən və onu həyata keçirməyə təşviq edən bir çox müddəaları qanuna salıblar və dünyada icra edirlər. Müsəlman ölkələrində casus şəbəkələri saxlayırlar. Bu şəbəkələr müxtəlif üsullarla fəaliyyət göstərirlər. Hətta yeniyetmə qızları, tələbələri belə öz xüsusi xidmət orqanlarına cəlb edərək müsəlman ölkələrində fahişəliyi yaymaqla görəvləndirirlər.

Bu yaxında ölkəmizdə də belə bir qrup müəyyən edilərək ölkədən çıxarıldı. İndiyəcən dünyanın cinayət aləmində, cinayətkarlıqda istifadə olunmuş elə bir metod, elə bir üsul yoxdur ki, İran onu dövlət səviyyəsində həyata keçirməsin.

İranın məşhur və yüksək post tutan bir rəsmisi deyirdi ki, məqsədə çatmaq üçün əgər mümkün olsa, İblislə də müqavilə bağlamaq olar. Yəni, İran rejimi üçün heç bir mənəvi, dini, mədəni, əxlaqi dəyər, sərhədd yoxdur. İranda minlərlə türk, ərəb, kürd və başqa millətlər zülm altında inildəyir. Bəhailər, sünnilər mütəmadi şəkildə inancına görə edam edilir, ailələri təqib olunur. Əsasən İranda müsəlmanlara qarşı bu işgəncələr törədilir. Rejimi və rejimə tabe olan zümrəni biz müsəlman hesab edə bilmərik. Onların həm inancı, həm də siyasi, ideoloji yolu əsla İslama uyğun deyil, əksinədir.
Yerdə qalan əhali isə zülm altında inildəyən müsəlmanlardır. Yalnız İslama düşmən olan, türkə düşmən olan hansı zümrə varsa, fars rejimi onlara şərait yaradır”.

T.İrfanın fikrincə, ermənilərin İranda böyük imtiyazları var və istədiyi şəxsi casusluqda ittiham edərək, şərləyib edam edir.

“Baxmayaraq ki, İranda edam etmək çox asanlıqla baş tutan bir hadisə olsa da, Azərbaycanın İrandakı səfirliyinə qarşı terroru həyata keçirən şəxs edam edilmədi. İslam dəyərlərinə nəinki hörmət etməyən, dəyərləri təhqir edən fars rejimi PKK kimi, terrorçuluq ideologiyasını dövlət səviyyəsində ifadə edir. Hesab edirəm ki, getdikcə də azğınlaşan bu rejimin sonu yaxınlaşmaqdadır.
Bu gün milyonlarla soydaşımız İranda əsirdir, girovdur. Onlar İranda zülm çəkir, şərlənir, həbs olunur, asılır, sürgün olunur”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri