İran vətəndaşlarına WhatsApp ı silmə çağırışı: “Məlumatlar düşmənə ötürülür” KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran hökuməti ölkə vətəndaşlarını mobil telefonlarından WhatsApp messencerini silməyə çağırıb. Rəsmi qurumların iddiasına görə, tətbiq vasitəsilə toplanan şəxsi məlumatlar İsrailə ötürülür.
KONKRET.az xəbər verir ki, İranın Yayım Korporasiyası (IRCC) məsələ ilə bağlı rəsmi açıqlama yayıb:
“Etibarlı mənbələrdən alınan xəbərlərə görə, WhatsApp istifadəçilərin son yerləşmə məlumatlarını və mesajlarını toplayaraq onları xüsusi etiketlərlə sionist düşmənə təqdim edir. Bu səbəbdən vətəndaşlara WhatsApp tətbiqini telefonlarından dərhal silmələri tövsiyə olunur”.
Qeyd edək ki, bu, İranın xarici texnoloji platformalara qarşı ilk sərt mövqeyi deyil. Rəsmi Tehran əvvəllər də “Telegram”, “Instagram” və digər platformaları təhlükə kimi dəyərləndirərək onları məhdudlaşdırmışdı.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 İyun 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















