Icma.az
close
up
RU
“İran yenidən yol ayrıcında: Vaxt daralır, seçim isə ağırdır“ “Detaly“ nəşri

“İran yenidən yol ayrıcında: Vaxt daralır, seçim isə ağırdır“ “Detaly“ nəşri

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sanksiyaların geriyə dönüşü Tehranı həm daxildə, həm də beynəlxalq aləmdə çətin seçim qarşısında qoyur..."

Ötən həftə Böyük Britaniya, Fransa və Almaniya rəsmi olaraq BMT Təhlükəsizlik Şurasında "snapback" mexanizmini işə salıb. Bu addım İrana qarşı 2015-ci ildə nüvə razılaşması əsasında ləğv olunmuş sanksiyaların yenidən bərpasını gündəmə gətirir.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "detaly.co" nəşrində dərc edilən müəllif məqaləsində deyilir.

Qərbin "snapback" mexanizmi və Tehranın dilemma qarşısında qalması

Müəllif yazır ki, əgər 30 gün ərzində Təhlükəsizlik Şurası onların dayandırılması üçün səs verməsə, bütün əvvəlki sanksiyalar avtomatik qüvvəyə minəcək. Tehran bu qərarı kəskin şəkildə rədd edib. Xarici işlər naziri Abbas Araqçı həm Avropa liderləri ilə telefon danışıqlarında, həm də ictimai çıxışlarında bu addımı "əxlaqsız, əsassız və qanunsuz" adlandırıb,  Avropa üçlüyünü ABŞ və İsrailin maraqlarına xidmət etməkdə ittiham edib və İranın mütənasib cavab verəcəyini bəyan edib. Bununla yanaşı, o, eyni qüvvələri prosesi yenidən nəzərdən keçirməyə və Tehranla danışıqları bərpa etməyə çağırıb.

Diplomatiya, yoxsa sərt kurs?

Siyasi elitanın içində fikir ayrılığı dərinləşib. Bir tərəf son şansı diplomatiyaya verməyin vacibliyini deyirsə, digərləri daha radikal addımlar, hətta İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmasını tələb edirlər. Ali lider Ayətullah Xamenei bir neçə gün əvvəl çıxışında ABŞ-la birbaşa danışıqların "ümidsiz" olduğunu bildirib. Onun bu sərt mövqeyi islahatçılar üzərində təzyiqi daha da artırıb.

İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın "Tasnim" agentliyi 2015-ci il razılaşmasının memarları - sabiq prezident Həsən Ruhani və sabiq XİN rəhbəri Məhəmməd Cavad Zərifi "həddindən artıq güzəştlərə getməkdə" suçlayıb. Hətta məhkəmə çağırışları da səslənir. Ultra-mühafizəkar deputat Mahmud Nabavian Qərblə əməkdaşlığı müdafiə edən siyasətçilərin "mütləq məhkəmə qarşısına çıxarılmalı" olduğunu deyib. Digər deputat Həmid Rəsai isə Avropa ölkələrinin səfirlərinin Tehrandan qovulmasını tələb edib.

Mühafizəkarların sərt təklifləri və islahatçıların xəbərdarlığı

Parlamentə artıq İranın NSYM-dən çıxmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub. Lakin yekun qərar yalnız Ali liderin əlindədir. İslahatçılar isə bu təşəbbüsü "siyasi intihar" adlandırır. Deputat Əhməd Ardestani İranın yalnız praqmatik mövqe seçəcəyi halda çıxış yolu tapa biləcəyini vurğulayıb. Sabiq deputat Həşmətullah Fəlahətpişə də həmkarlarını tənqid edib: "NSYM-dən çıxmaq, Hörmüz boğazını bağlamaq, atom bombası yaratmaq - illərlə ölkə bu cəfəngiyatın bədəlini ödəyir. Siz öz təbliğatınıza inanaraq İranı rasional çıxış yolundan məhrum etdiniz”, - o, sosial şəbəkədə yazıb.

Reallıq və iqtisadi zərbə

İyunda ABŞ və İsrailin 12 günlük hücumları nəticəsində İranın nüvə obyektləri ciddi ziyan görüb. Bu, Tehranın həm hərbi, həm də diplomatik zəifliyini göstərib: hava məkanı müdafiəsiz, ölkə isə təcrid vəziyyətindədir. Buna baxmayaraq, bəzi dairələr "artıq itiriləcək bir şey qalmayıb" deyərək danışıqları tamamilə dayandırmağa çağırır. İqtisadi sahədə də vəziyyət ağırdır. "Snapback" mexanizminin işə düşməsi milli valyutanı sarsıdıb - dolların məzənnəsi bir milyon rialı keçib. Bu isə cəmiyyətdə narazılığı daha da artırır.

İran üçün qarşıdakı 30 gün

Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri uzun fasilədən sonra yenidən İrana qayıdıb, amma hələ də Fordo və Natanza daxil olmaq imkanı ala bilməyib. Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami isə yeni danışıqlar raunduna hazır olduqlarını bildirib. Beləliklə, qarşıdakı 30 gün Tehranın gələcəyini müəyyən edəcək. İranda seçiləcək yol təkcə nüvə proqramının taleyini deyil, ölkənin regional mövqeyini, beynəlxalq münasibətlərdə çəkisini və daxili siyasi balansını da köklü şəkildə dəyişə bilər.

Müəllif: Aleksandra Appelberq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Sentyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri