İranda həlak olanların sayı barədə rəqəmlər AÇIQLANDI
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
İranda müharibə itkiləri ilə bağlı yeni rəqəmlər açıqlanıb.
Redaktor.az xəbər verir ki, İran Məhkəmə Tibbi Ekspertizası Təşkilatı rəhbəri Abbas Məscidi bildirib ki, İsrail və ABŞ-ın İrana qarşı başlatdığı münaqişə nəticəsində ən azı 3375 nəfər həlak olub.
Məlumata görə, o, ölənlərin cins tərkibi barədə də məlumat verərək 2875 nəfərin kişi, 496 nəfərin qadın olduğunu qeyd edib. Həmçinin 4 nəfərin şəxsiyyətinin hələ müəyyən edilmədiyi bildirilib.
Masjedi əlavə edib ki, ölənlər arasında 383 nəfər 18 yaşdan kiçik uşaqdır.
Qeyd edək ki, 8 aprel tarixində İran və ABŞ arasında atəşkəs elan edilib. Bundan sonra 11–12 aprel tarixlərində İslamabadda Pakistanın vasitəçiliyi ilə tərəflər arasında danışıqlar aparılsa da, yekun razılaşma əldə olunmayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Aprel 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















