Icma.az
close
up
RU
İranda “qara yağış”: Azərbaycana da təhlükə varmı? Ekoloqdan AÇIQLAMA

İranda “qara yağış”: Azərbaycana da təhlükə varmı? Ekoloqdan AÇIQLAMA

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, İranda bəzi bölgələrdə “qara yağış” müşahidə olunub. Məlumatlara görə, yağıntının tərkibində neft qalıqları və digər zərərli hissəciklərin olduğu ehtimal edilir.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı xəbərdarlıq edərək bildirib ki, bu tip çirklənmiş yağıntılar tənəffüs yolları xəstəlikləri riskini artıra bilər. Təşkilat son günlər yağıntıların tərkibində neft hissəciklərinin olması ilə bağlı çoxsaylı məlumatların daxil olduğunu da açıqlayıb.

Bəs küləkli hava axınları bu çirklənməni region ölkələrinə, o cümlədən Azərbaycana daşıya bilərmi? Belə bir halda ölkəmizin hava keyfiyyəti və insanların sağlamlığı üçün hansı risklər yarana bilər?

Mövzu ilə bağlı “Ekoloq-2020” Ekoloji Maarifləndirmə İctimai Birliyinin rəhbəri Səlim Balayev Bakupost.az-a açıqlamasında bildirib ki, İranın neftayırma zavodları əsasən ölkənin cənub və cənub-şərq hissəsində, boğaz ətrafında yerləşir və ABŞ və İsrail qüvvələrinin aviazərbələri də məhz həmin bölgələrə endirilib.


“Düzdür, son günlər həmin bölgədən cənub küləkləri müşahidə olunmayıb. Amma buna baxmayaraq, qara tüstü və buludlar Tehrana qədər gəlib çatmışdı. Halbuki bu ərazilər arasında yüzlərlə kilometr məsafə var”.

Ekoloqun sözlərinə görə, partlayışlar nəticəsində neft məhsullarının yanması zamanı atmosferə çoxlu zərərli maddələr, o cümlədən yağ turşuları atılıb:

“Neft məhsullarının zərərli maddələri ilə qarışaraq atmosferə qalxan bu zərrəli tüstülər, təbii ki, sonradan yağıntı ilə birlikdə yenidən yer səthinə çökür. Onların tərkibində ağır metallar da var. Bu maddələr insan sağlamlığı üçün çox təhlükəlidir. Yağışın yağması nəticəsində zərərli maddələrin torpağa hopması və yeraltı su mənbələrinə qarışması insanlar üçün ikiqat təhlükə yaradır. Məhz buna görə də Ümumdünya Səhiyyə Təşkilatı bu “qara yağış”la bağlı həyəcan siqnalı verib.

Müharibə hələ də davam edir və həmin neft təchizatı obyektlərinin vurulması prosesi, ehtimal ki, bundan sonra da davam edəcək”.

Vəziyyətin ölkəmizə mümkün təsirindən danışan ekoloq bildirib ki, Azərbaycan region ölkəsidir və İrana yaxın yerləşir. Lakin son üç gündə Azərbaycanda cənub-şərq küləkləri müşahidə olunmayıb:

“Əgər həmin küləklər müşahidə olunsaydı, sözsüz ki, zərərli maddələr Azərbaycan ərazisinə, eləcə də Cənubi Qafqaza yayıla bilərdi”.

S.Balayev vurğulayıb ki, Azərbaycanda havanın keyfiyyətinə təsirin hansı səviyyədə olduğunu yalnız mütəxəssislərin apardığı ölçmələrdən sonra demək mümkündür:

“Hələ ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bununla bağlı rəsmi açıqlama verilməyib. Buna görə də qəti şəkildə demək olmaz ki, İranın neft anbarlarına, yataqlarına və emal müəssisələrinə endirilən aviazərbələr nəticəsində yaranan tüstü və zəhərli maddələr Azərbaycanda havanın keyfiyyətinə ciddi təsir göstərib, ya yox. Sadəcə nəzəri olaraq belə ehtimal irəli sürmək mümkündür. Çünki Azərbaycan və İran coğrafi baxımdan bir-birinə çox yaxındır.

Düzdür, hələlik müharibə əsasən İranın neft təchizatının yerləşdiyi cənub bölgələrində gedir və ölkənin şimal hissəsinə yaxın deyil. Buna baxmayaraq, İranda baş verən hadisələr həm coğrafi, həm də ekoloji baxımdan müəyyən dərəcədə Azərbaycana da təsir göstərə bilər”.

Ekoloq sonda vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib:

“Bizə yaxın bölgələrdə ağır döyüşlər gedir və müxtəlif silahlardan istifadə olunur. Bu silahların tətbiqi nəticəsində böyük partlayışlar baş verir və atmosferə külli miqdarda zəhərli maddələr atılır. Buna görə də xüsusilə cənubdan isti və küləkli hava axınları müşahidə olunan vaxtlarda açıq havada uzun müddət qalmaq məsləhət görülmür”.

Lalə Novruz

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Mart 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri