Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

İranda rejim dəyişir?

İranda rejim dəyişir?

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

İran küçələrində dəhşət yaşanır. Dekabrın sonundan başlayan aksiyalar davam edir və son görüntülər narahatlığı daha da artırır. Ekspertlər isə etirazların sosial-iqtisadi narazılıq mərhələsini keçdiyini, ölkənin siyasi gələcəyini müəyyən edəcək həlledici fazaya daxil olduğunu deyirlər. Həmçinin iğtişaşlar zamanı ölənlərin sayının 2 mini keçdiyi bildirilib.

Baş verən bütün bu hadisələrin İranda rejimi dəyişəcəyini önə sürənlər də var.

“Xalq Cəbhəsi” İranda yaşananlarla bağlı politoloqların fikirlərini öyrənib.

“Bu, geniş coğrafiya üçün narahatlıq doğurur”

Politoloq Elman Telmanoğlu qeyd edib ki, İran İslam Respublikasında son günlər müşahidə olunan proseslər və baş verən hadisələr regionda siyasi və təhlükəsizlik mühitinə birbaşa təsir göstərən mühüm məqamlarla müşayiət olunur: “Daxili sabitlik, ictimai asayiş və idarəetmə mexanizmləri ətrafında yaranan gərginlik yalnız İran cəmiyyəti üçün deyil, eyni zamanda, Yaxın Şərq və Cənubi Qafqaz daxil olmaqla geniş coğrafiya üçün narahatlıq doğurur”.

E.Telmanoğlu bildirib ki, baş verənlər bir daha göstərir ki, sosial-iqtisadi problemlər, ictimai narazılıqlar və siyasi dialoqun məhdudluğu uzunmüddətli perspektivdə dövlətlər üçün ciddi çağırışlara çevrilir: “Hadisələrin zorakılıq müstəvisinə keçməsi isə vəziyyəti daha da ağırlaşdırır və regional sabitliyə risklər yaradır. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi əsas şərt olmaqla yanaşı, insan hüquqlarının qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və gərginliyin dialoq yolu ilə aradan qaldırılması vacibdir. Mövcud vəziyyətin eskalasiyası nə İran xalqının, nə də region ölkələrinin maraqlarına cavab verir. Ümid edək ki, İran ətrafında baş verən proseslər sülh, sabitlik və qarşılıqlı anlaşma müstəvisində həllini tapacaq, bölgədə yeni qarşıdurmaların yaranmasına yol verilməyəcək”.

“Vəziyyət axarından çıxır”

Politoloq Samir Hümbətov İranda artıq vəziyyətin axarından çıxmaqda olduğunu vurğulayıb: “Problem ondadır ki, kütlələrə rəhbərlik yoxdur. Aksiyalar spontan xarakterlidir. Bu spontan bir tərəfdən İran hökumətini narahat edir. Ona görə ki, aksiyalar bir neçə əraziyə daha geniş formada yayıla bilər. Amma bir şey də var. İran hökuməti gözləyir ki, müəyyən bir sakitlik yaransın. Lakin heç də yaranacaq duruma oxşamır. Çünki Xameneinin ölkəni tərk edəcəyi, Rusiyaya sığınacağı ilə bağlı kəşfiyyat məlumatları yayılıb. Digər tərəfdən isə etiraz aksiyaları daha da qızışır”.

“Azərbaycanlılar aksiyalara çox geniş formada qatılmırlar”

Politoloq bildirib ki, aksiyalara azərbaycanlılar çox geniş formada qatılmırlar: “Bunun da səbəbi bəllidir. Hökumətə prezident Məsud Pezeşkian rəhbərlik edir. Bəlkə də ona görə azərbaycanlılar bir az səbrlə davranırlar. Çox da dərinə getmirlər. Amma hər halda hadisələrin gedişatını da gözləyirlər. Orada həlledici qüvvə faktor olaraq Azərbaycan türkləri iştirak edir. Ancaq hələki onlar gərginliyə qoşulmurlar. Düşünürəm ki, əgər İran hökuməti lazım olan addımları atıb, üsyanları yatırmaq üçün yox, sadəcə iqtisadi baxımdan üsyançıların tələblərini həyata keçirərsə, bəlkə də müəyyən sakitlik yaratmaq olar”.

“İran dövləti parçalana bilər”

S.Hümbətov qeyd edib ki, azərbaycanlıların qatılmamasının digər səbəbi odur ki, indiki üsyanlar iqtisadi məsələlərlə başlayıb siyasi faktora çevrilir və Pəhləvilərin hakimiyyətə qayıdışı ilə bağlı tələblər səslənir: “Bu da azərbaycanlıları qane etmir. O baxımdan düşünürəm ki, azərbaycanlılar hələ ki, gözləyir. İran dövləti qeyd edilən məsələləri həll etməzsə, bu artıq gələcək üçün çox ciddi problemə çevrilib İran dövlətini nəinki molla rejimini devrilməsi, hətta parçalanmaya qədər gedib çıxara biləcək bir durum yarada bilər”.

“Hadisələr həlledici fazaya daxil olub”

Politoloq Turan Rzayev qeyd edib ki, İranda baş verən hadisələr göstərir ki, etirazlar artıq təkcə sosial-iqtisadi narazılıq mərhələsini keçərək ölkənin siyasi gələcəyini müəyyən edəcək həlledici fazaya daxil olub: “Xüsusilə Təbriz, Urmiya, Xoy, Zəncan və digər güney şəhərlərində kütləvi aksiyaların başlaması prosesin xarakterini dəyişdirib və etirazların ideoloji xəttini tamamilə yenidən formalaşdırıb. “Azadlıq, ədalət, milli hökumət” kimi şüarların səslənməsi göstərir ki, mərkəzi hakimiyyətin legitimliyi açıq formada sorğulanır və etirazlarda milli kimlik faktoru əsas ideoloji dayaqlardan birinə çevrilib. Təbriz bazarının bağlanması isə vəziyyətin ağırlığını daha da artırır, çünki bazarın bağlanması həm tarixi baxımdan siyasi mesaj sayılır, həm də etirazların küçələrdən çıxıb iqtisadi həyatın iflici mərhələsinə keçdiyini nümayiş etdirir”.

“Pəhləvi tərəfdarları prosesləri yönləndirməyə çalışır”

Onun sözlərinə görə, etirazların fars bölgələrindəki aksiyalardan fərqli istiqamət almasının əsas səbəblərindən biri Pəhləvi tərəfdarlarının prosesləri yönləndirməyə çalışmasıdır: “Fars mərkəzli müxalif çevrələrin şahın oğlu ilə bağlı şüarlar səsləndirməsi Güney Azərbaycanda “hakimiyyət dəyişikliyi adı altında köhnə farsçı sistemin bərpası” qorxusunu gücləndirib. Bu səbəbdən güneylilərin aksiyaları həm molla rejiminə, həm də Pəhləvi alternativinə qarşı paralel reaksiyaya çevrilib”.

“Güney Azərbaycan prosesin həlledici siyasi aktoru olacaq”

T.Rzayev deyib ki, hadisələrin inkişafı göstərir ki, Güney Azərbaycan bundan sonra adi iştirakçı yox, prosesin həlledici siyasi aktoru olacaq və yaranacaq yeni siyasi düzən qarşısında muxtariyyət, ana dilində təhsil və özünüidarəetmə kimi fundamental tələblərlə çıxış edə biləcək. O əlavə edib ki, bu reallıq İranın gələcək siyasi xəritəsinin Güney Azərbaycan faktoru olmadan formalaşmasının mümkünsüz olduğunu açıq şəkildə ortaya qoyur.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Yanvar 2026 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri