“Sumqayıt”ın müdafiəçisini “Real”ın futbolçusu saxladı “bizimkilər” Afrika Millətlər Kubokunda nə edib?
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Afrika Millətlər Kubokunda artıq yarımfinal oyunları keçirilir. Turnirdə çıxış edən Misli premyer-liqasının təmsilçiləri üçün isə mübarizə başa çatıb. Söhbət Sessi D`Almeyda (Neftçi), Abdul Raşid Mumini (Sumqayıt) və Alfons Msanqadan (Şamaxı) gedir.
Sessi D`Almeyda Benin millisinin əsas heyət üzvüdü. Qrupda Konqo DR-ə qarşı 82, Botsvanaya qarşı 54 dəqiqə oynayan Sessi Məhəmməd Salahlı Misirlə 1/8 final oyununda 77 dəqiqə meydanda olub. Heç bir məhsuldar hərəkətlə yadda qalmayıb. Qeyd edək ki, Sessi Seneqalla qrup oyununu zədə səbəbindən buraxıb.
Abdul Raşid Mumini də D`Almeydanın komanda yoldaşıdı. O, Sessi ilə müqayisədə az oynayıb. Konqo DR ilə görüşdə 90 dəqiqə oynayan Mumini Botsvana ilə görüşdə ehtiyatda qalıb. Seneqalla matçda isə 85-ci dəqiqədə meydana çıxıb. Cəza səbəbindən Misirlə 1/8 final oyununu buraxıb.
Alfons Msanqa üçü 90 dəqiqə olmaqla 4 oyunun hamısında meydanda olub. Tanzanya millisinin üzvü bu 4 oyunda qələbə qazanmasa da, pley-off üzü görüb. 1/8 finalda isə turnirin favoritlərindən olan Mərakeş yığmasına məğlub olub – 0:1. PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin məhsuldar ötürməsini “Real”ın yarımmüdafiəçisi Brahim Dias qola çevirib.
“Bizimikilər” artıq komandalarının düşərgəsinə qoşulub, yavaş-yavaş məşqlərə start verirlər.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 Yanvar 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















