İrandakı hərbi əməliyyatların ilk həftəsi ABŞ yə 6 milyard dollara başa gəlib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ İranda hərbi əməliyyatın ilk həftəsində təxminən 6 milyard dollar xərcləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon bu həftə konqresə məhz bu məbləği açıqlayıb. Nəşr qeyd edib ki, sözügedən vəsaitin 4 milyard dolları döyüş sursatlarına, əsasən, İran raketlərinin qarşısını alan sistemlər üçün xərclənib.
Nəşr yazıb ki, qanunvericilər ABŞ administrasiyasının konqresdən hərbi əməliyyat üçün əlavə maliyyələşmə istəyəcəyini gözləyirlər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei fevralın 28-i səhər saatlarında öldürülüb, lakin İranda bu məlumat yalnız martın 1-də təsdiqlənib. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 08 Mart 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















