İranın beş bankı iflas həddindədir: Aralarında SEPAH və ordunun bankı da var FOTO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İranın beş bankı iflasın astanasındadır.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə "Wall Street Journal" nəşri məlumat verib.
Məlumata görə, çökmək üzrə olan banklar arasında ölkənin ən böyük üç bankından biri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və İran ordusunun əsas bankı olan "Bank Sepah" da var.
Bankları ayaqda saxlamaq üçün İran Mərkəzi Bankı pul çap edir və müntəzəm olaraq maliyyə qurumlarına kreditlər verir. İqtisadçılar xəbərdarlıq edirlər ki, bu cür tədbirlər yeni inflyasiya siklini işə salan bilər.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















