“İranın yanlış təbliğatı sanksiyaların və təzyiqlərin artmasına gətirib çıxarır” SƏDRƏDDİN SOLTAN
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“İranın son açıqlamaları beynəlxalq arenada avantürist və təxribat xarakteri daşıyır. Tehran hakimiyyəti 12 günlük müharibə zamanı ABŞ-ın nüvə obyektlərini bombalamasından sonra 400 kiloqramdan çox zənginləşdirilmiş uranı başqa yerdə saxladığını iddia edərək nüvə proqramını davam etdirdiyini bəyan edib”.
Bu Gununsesi.info-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib:
“İran bu açıqlamalarla guya ABŞ-ı nüvə silahı ilə təhdid edə biləcəyini göstərməyə çalışır. Onların “biz sabah atom silahı hazırlayıb atacağıq” kimi bəyanatları qorxutma və təbliğat xarakterlidir, reallığı əks etdirmir.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçı son açıqlamasında bütün avadanlığın və zənginləşdirilmiş uranın ABŞ-ın bombaladığı obyektlərdə qaldığını etiraf edib. “Yəni Tehran rəhbərliyinin ‘uran ehtiyatlarımız təhlükəsiz yerdədir’ iddiası əsassızdır. Əslində, bu məlumat Donald Trampın dediklərini təsdiqləyir və Xameneinin açıqlamaları ilə ziddiyyət təşkil edir”.
Sədrəddin Soltanın fikrincə, bu cür ziddiyyətli bəyanatlar və yanlış təbliğat siyasəti İran hakimiyyətinin ziyanına işləyir:
“Bu siyasət nəticəsində Tehran daha çox təzyiq, sanksiya və əlavə şərtlərlə üzləşir. Beynəlxalq danışıqlarda İranın mövqeləri zəifləyir və ölkə diplomatik təcrid vəziyyətinə düşür”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 04 Noyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















