“İrəvan Ankara ilə münasibətlərin normallaşmasına heç bir ilkin şərt olmadan hazırdır” Rubinyan
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına tam hazırdır və İrəvanın bu məsələdə yanaşması prosesin əvvəlindən dəyişməyib.
“Report” xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.
"Biz Türkiyə ilə münasibətlərin tam nizamlanmasını gözləyirik ki, bu da diplomatik münasibətlərin normallaşmasını və Ermənistanın quru sərhədinin açılmasını əhatə edir", - o deyib.
Nizamlanma prosesindən danışan xüsusi nümayəndə bir daha vurğulayıb ki, İrəvan heç bir ilkin şərt olmadan münasibətlərin normallaşmasına hazırdır.
Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədin açılmasına, həmçinin münasibətlərin tam nizamlanmasına hazırdır və əgər Türkiyənin siyasi iradəsi olarsa, hər şey çox tez həyata keçiriləcək.
Daha sonra Rubinyan qeyd edib ki, Ermənistan sərhədin açılması məsələsində Türkiyənin addım atmasını gözləyir.
"Bu günə qədər əldə edilmiş ən vacib razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı 2022-ci il tarixli razılaşmadır", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 12 Mart 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















