Valideyn qızını kimə verdiyini bilməlidir Elçidən sağlamlıq kağızı istəyən ataya deputatdan DƏSTƏK
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda qızına elçi gələn ata oğlandan sağlamlıq haqqında arayış, narkoloji testinin cavablarını istəyib. Bu addım bir çox insan tərəfindən alqışla qarşılansa da, bəziləri tərəfindən birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Redaktor.az olaraq deputat Fəzail İbrahimlinin fikirlərini öyrəndik. O bildirdi ki, bu çox müsbət bir addımdır.
"Əlbəttə, bu məsələyə mənfi yanaşan insan tapmaq çətindir. Valideyn qızını kimə verdiyini bilməlidir. Əgər oğlan həqiqətən sağlamdırsa, burada heç bir problem yoxdur. Təəssüf ki, bəzən ailə qurulduqdan qısa müddət sonra məlum olur ki, bəy narkotik asılılığı olan, alkoqolik və ya ciddi xəstəlikləri olan bir insandır. Bu isə bir çox ailələrin dağılmasına səbəb olur. Valideyn qızını illərlə zəhmət və qayğı ilə böyüdür, amma sonradan onun taleyinin sağlamlıq problemi olan və ya zərərli vərdişlərə sahib bir insana bağlanması böyük haqsızlıqdır. Bu baxımdan gələcək həyat yoldaşının sağlamlıq vəziyyətinin əvvəlcədən yoxlanılması olduqca vacibdir. Hesab edirəm ki, bu yanaşma müsbətdir və alqışa layiqdir. Nikahdan əvvəl tibbi müayinənin aparılması sağlam ailənin formalaşması üçün mühüm addımdır", - deyə millət vəkili vurğuladı.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 15 Yanvar 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















