“e qanun.ai” axtarış platformasında emal edilən sorğuların sayı 4 milyonu keçib
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Cari ildə ölkəmizin ən böyük və mühüm informasiya sistemlərindən olan Əhalinin Dövlət Reyestrində FİN əsaslı məlumatların dəqiqliyi ötən il ilə müqayisədə 80 faizdən 99 faizə çatdırılıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə istifadəyə verdiyi hüquqi aktların vahid elektron bazasına əsaslanan, süni intellekt dəstəkli “e-qanun.ai” innovativ hüquqi axtarış platformasında qeydiyyatdan keçənlərin sayı təxminən 290 mini, emal edilən sorğuların sayı 4 milyonu keçib.
Borclulara, həmçinin tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradan “Mobil icra” tətbiqində isə istifadəçilərin sayı 50 minə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 22 Noyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















