Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Ali rəhbəri Müctəba Xamenei raketlərin uçuş məsafəsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına dair göstəriş verib və qərara əsasən hədəfi dəqiq vuran 2 min kilometr məsafəni qət edən silahlar olmalıdır.
"Report" xəbər verir ki, bunu İranın "Bəsic" qüvvələri rəhbərinin müavini briqada generalı Qasım Qureyşi jurnalistlərə açıqlayıb.
"Ali rəhbərin bu əmri silahlı qüvvələrdə avadanlıq, silah, kəşfiyyat və atəş gücü baxımından artıq həyata keçirilib.
Amerikalılar düşünməsinlər ki, 1000 və ya 2000 kilometr radiusa çəkilməklə təhlükəsizlikdə olacaqlar; necə ki, əvvəllər İran raketlərini "fotoşop" və "su qızdırıcısı" adlandırırdılar, indi o məsafədə də özlərini təhlükəsizlikdə hiss etməyəcəklər və lazım gəldikdə Rəhbərin qərarı silahlı qüvvələr tərəfindən icra olunacaq", - iranlı general bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 22 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















