Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

İrəvanın “anti sanksiya” oyunları

İrəvanın “anti sanksiya” oyunları

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Qanunsuz ticarətdən qazanan Ermənistandır, sanksiyalardan itirən isə Gürcüstan

May ayı Cənubi Qafqaza Qərbin yeni informasiya hücumları ilə müşayiət olunan ab-hava gətirdi. Bu dəfə “kollektiv Qərb”in hədəfinə Gürcüstan tuş gəldi. Qonşumuza qarşı irəli sürülən iddialarda, guya, onun Rusiyaya qarşı tətbiq olunan Qərb sanksiyalarını məqsədli şəkildə pozaraq, müxtəlif texnikaları, avadanlıqları ötürdüyü yer alır. Avropa Tbilisini Moskvanın “arxa qapısı” rolunu oynamaqda ittiham edir. Mövzunu siyasi gündəmə gətirən və onu Gürcüstan mediasında yayımlayan “iFact”ın araşdırması oldu. 

Amma məsələnin mahiyyətinə dərindən nəzər saldıqda ortada düşünülmüş ssenarinin, feyk-məlumatların məqsədli şəkildə yönləndirilməsinin olduğunu görmək çətin deyil. Bu zaman Rusiyaya qaçaq malların çatdırılmasının, həqiqi marşrutların və real icraçıların kimliyinin gizlədildiyi də aşkara çıxır. Qısa araşdırma onu göstərir ki, Rusiyaya sanksiyalardan yayınmaqda yardım edən logistik sxem Tbilisiyə deyil, İrəvana məxsusdur. Amma bu çılpaq həqiqət “kollektiv Qərb”in haypərəstliyi ilə tanınan bəzi strukturlarına sərf eləmir. Ona görə ki, Ermənistanın indiki iqtidarının geosiyasi dayaqlarını Qərbin həmin strukturları təşkil edirlər.

Gürcüstan, sadəcə, fondur

Beləliklə, “iFact” portalı, guya, 2022–2025-ci illərdə Gürcüstan ərazisindən Rusiyaya tikinti materiallarının və ağır texnikanın göndərildiyini “üzə çıxarıb”.  Portalın araşdırmasının xarakterinə və tonuna diqqət yetirəndə əsas hədəfin Rusiya deyil, Gürcüstanda iqtidardakı “Gürcü arzusu” Partiyasının olduğu görünür. Bu zaman ortaya çıxan maraqlı faktlardan biri də məhz bu portalın “Açıq cəmiyyət – Gürcüstan” Fondu tərəfindən maliyyələşdirilməsidir. Həmin fondun “xeyriyyəçi – filantrop” Corc Sorosun və USAID-in Qafqazda “yumşaq gücü” rolunu oynadığı heç kəsə sirr deyil. Bundan az maraq kəsb etməyən digər fakt isə layihənin əsas donorları arasında USAID, NED, eləcə də Qərbin korrupsiyaya bulaşmış digər qurumlarının da adlarının olmasıdır. Yəqin oxucular unutmayıblar: bu kriminal maliyyə strukturları 2022–2023-cü illərdə Gürcüstanda “Maydan” hərəkatının ssenarisini hazırlayıb, onu reallaşdırmağa uğursuz cəhd göstərmişdilər.

Yalanla, anti-sanksiya oyunları ilə Avropanın gözündən düşəcəyindən ehtiyat edən İrəvan gözlənilən zərbənin istiqamətini Gürcüstana tərəf yönəldib. Yəni Tbilisinin siyasi imicinə və nüfuzuna kölgə salmağa yönəlik məkrli fəaliyyətin, diplomatik böhtanın arxasında İrəvanın və ermənipərəst Qərbin dayandığı şübhə doğurmur. Məlum portal feyk-araşdırmasını ictimailəşdirəndən sonra Gürcüstan hökuməti özünümüdafiə taktikasını seçməyə məcbur oldu. Məsələ ilə bağlı rəsmi Tbilisi bəyan etdi ki, sanksiyaya məruz qalmış məhsulların kənara reeksportu artıq dayandırılıb. O da bildirildi ki, hazırda bu tip ağır texnikaların Gürcüstandan tranzitinə yalnız Qazaxıstan və Qırğızıstan vətəndaşlarının adına sənədləşdirmə ilə icazə verilir. Aydın məsələdir ki, bu addımın özü də müvəqqəti tədbir xarakteri daşıyır.

“iFact”ın özəl araşdırmasında diqqətçəkən bir maraqlı məqam da var. Portalın özünün  təqdim etdiyi statistik məlumatlara görə, Rusiyanın sanksiyalardan yayınmaq üçün faydalandığı əsas dəhliz Ermənistan olub. Məlumatda 2022–2025-ci illər ərzində Gürcüstandan Ermənistana 1245 ədəd ağır texnikanın göndərildiyi qeyd olunur. Həmin ağır texnikanın ­820-si ­ekskavator və buldozer, 339-u isə traktordur. İndi rəsmi İrəvan bu yükləri Şimal qonşusuna göndərdiyini inkar edir. Belə çıxır ki, ağır texnika ya Ermənistan ərazisində “izsiz-tozsuz” itib, ya da onun ərazisindən üçüncü ölkələrə, elə həmin Rusiyaya ötürülüb. Başqa variant mümkün deyil.  

Ermənistan gizli-aşkar kanaldır

İndi isə gələk “iFact”-ın araşdırmasında yer alan ən sensasion faktın üzərinə. Deməli, 2020-ci ildə Ermənistandan Rusiyaya heç bir ağır texnika ixrac olunmadığı halda, 2023-cü ildə bu rəqəm birdən-birə 7852-yə yüksəlib. Əslində, bu, heç də adi artım sayıla bilməz. Bu, sistemli və məqsədli şəkildə qurulmuş gizli  ticarət şəbəkəsinin fəaliyyətinin göstəricisidir. Amma cəmi bir ildən sonra – 2024 və 2025-ci illərdə bu “şəbəkə” fəaliyyətini qəfildən “tormozlayır”. İntəhası, bu, heç də reeksport prosesinin dayandığı anlamına gəlmir. Sadəcə olaraq, yaranmış durumdan asılı olaraq, marşrutlar və daşımanın üsulları dəyişikliyə məruz qalır.

Ardınca dövriyyəyə ikili standartlara informasiya dəstəyi verənlər buraxılır: Qərbin  fondlarına bağlı media qurumları və onların maliyyələşdirdiyi jurnalistlər Gürcüstanı tənqid atəşinə tuturlar. Amma əsas reeksportçu Ermənistanla bağlı tənqid, sərt açıqlamalar səsləndirilmir. Axı, Ermənistanda hakimiyyətdə olan Nikol Paşinyan komandası Soros Fondunun yetirməsidir. Bu fond isə ABŞ-ın bölgədəki ən sadiq müttəfiqi və “maşa”sıdır.

Belə məlum olur ki, İrəvanın Rusiyanın sanksiyalardan yayınmadakı rolu təkcə logistika ilə məhdudlaşmır. Bu prosesin iqtisadi dayaqları da var. ABŞ-ın “Caterpillar” şirkəti 2022-ci ildə Rusiyanı tərk etdiyini elan etsə də, bu, istehsalın tam dayandığı anlamına gəlmədi. Əksinə, Rusiya ərazisindəki zavodlar “PSK-New Solutions” şirkətinə satıldı. Bu şirkətin səhmlərinin 99 faizi erməni iş adamı David Amaryanın rəhbərlik etdiyi “Balchug Capital” fonduna məxsusdur. Rəsmi olaraq, “Caterpillar” 2024-cü ilin yayında Rusiyadakı aktivlərini “Balchug Capital”-a təhvil verdi. Bir il sonra isə bu erməni fondu ABŞ-ın məşhur maliyyə nəhəngi “Goldman Sachs”ın Rusiyadakı törəmə bankına sahibləndi. Yəni bu, təkcə iqtisadi yox, həm də siyasi addım sayılmalıdır. Bununla da Ermənistan Qərbin Cənubi Qafqaz regionunda yürütdüyü siyasətin aparıcı qüvvəsinə çevrilmiş oldu. Təəccüblü deyil ki, hazırda Rusiyada sanksiyaya məruz qalan texnikanın istehsalı bu zavodlarda davam etdirilir, onların ehtiyat hissələri isə Ermənistan üzərindən daşınır. Qərb bu aşkar fakta da susur. Ona görə ki, həm “Balchug Capital”, həm də Ermənistan hökuməti onların “siyasi ailəsi”nin üzvləridir.

Qazanan İrəvan, itirən Tbilisidir 

Görünən mənzərə bundan ibarətdir: Gürcüstana qarşı informasiya hücumu həyata keçirilir, ölkənin mövcud hakimiyyəti hədəfə alınır, Qərbdən onun ünvanına sanksiyaların pozulması ilə bağlı ittihamlar səsləndirilir. Amma bu zaman anti-sanksiyaçı Ermənistan arxa planda qalır. Bu, Qərbin bölgədə apardığı ikili standartlara söykənən siyasətinin daha bir nümunəsidir. Məntiqi sual yaranır: əgər məqsəd Rusiyaya qarşı sanksiyaların tətbiqinin pozulmasının qarşısının alınmasıdırsa, o zaman təkcə Tbilisi deyil, İrəvan da sorğu-sual edilməlidir. Əks halda, medianın feyk-xəbərləri ilə Cənubi Qafqazda sabitlik növbəti dəfə geosiyasi oyunların güdazına gedə bilər.

Sonda onu da qeyd edək ki, bütün bunların fonunda ənənəvi olaraq “iFact”-ı maliyyələşdirən eyni strukturların qrantları hesabına yaşayan Qərb mediasının və Gürcüstan müxalifətinin susması ikiüzlülük kimi qəbul olunmalıdlır. Gürcüstanın başı üzərində “partladılan fişəng”, sadəcə olaraq, fondur, tüstü pərdəsidir. Bunun arxasında İrəvana aparan anti-sanksiyalar cığırının “yol xəritəsi” gizlənir.

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Doğrudur, Qərbin Rusiyaya qarşı sanksiyaların tətbiqi siyasi xarakter daşıyan prosesdir. Əslində, həmin sanksiyalar işğalçı Ermənistana tətbiq olunmalıdır. Biz görürük ki, Ermənistan Rusiya ilə ticarət dövriyyəsini ildən-ilə artırır. Bu ölkənin enerji sahəsi, dəmir yolları, nəqliyyat şəbəkəsi Rusiyaya bağlıdır. Bütün infrastruktur obyektləri də Moskvanın nəzarəti altında fəaliyyət göstərir. İrəvan Şimal qonşumuzla hərbi-texniki əməkdaşlığını da aktiv şəkildə davam etdirir. Baş nazir Paşinyan Moskvada 9 May paradında iştirak edir, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da hələ ayrılmayıb. 

Gürcüstana gəldikdə isə o, Avropa İttifaqına üzvlük məsələsindən imtina etməyib. Tbilisi, sadəcə olaraq, digər ölkələrlə münasibətlərini pozmaq istəmir. Görünür, bu məqam Brüsseldə bir çoxlarını qıcıqlandırır. Gürcüstan parlamentinin “Xarici agentlər haqqında” Qanun qəbul etməsi Avropa ölkələrində mənfi reaksiyalar doğurdu. Amma buna baxmayaraq Gürcüstana qarşı hansısa sanksiyaların tətbiqi absurddur. Çünki Gürcüstanın, faktiki olaraq, Rusiya ilə əlaqələri yoxdur. Hətta diplomatik münasibətləri hələ bərpa olunmayıb. Yenə deyirik, Qərbin məlum sanksiyalarına ən layiq ölkə Ermənistandır. Bakı belə ikili yanaşmalara təəccüblənmir. Fəqət, bunu açıq şəkildə nümayiş etdirən Aİ-nin siyasi qurumları beynəlxalq ictimaiyyətin gözü qarşısında prosesə fərqli gözlə baxırlar. Bu isə reallığa zidd yanaşmadır və bunu heç cür normal qəbul etmək olmaz.         

İmran BƏDİRXANLI 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see139

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri