Icma.az
close
up
RU
İRİA nın dəstəyi ilə Naxçıvan İnnovasiya Mərkəzi yaradılıb YENİLƏNİB VİDEO

İRİA nın dəstəyi ilə Naxçıvan İnnovasiya Mərkəzi yaradılıb YENİLƏNİB VİDEO

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 1 oktyabr, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bölgələrdə innovasiya ekosisteminin inkişafı üzrə fəaliyyətini davam etdirir. Oktyabrın 1-də Naxçıvan Dövlət Universitetinin inzibati binasında Naxçıvan İnnovasiya Mərkəzinin açılışı baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və digər rəsmi qurumların nümayəndələri, o cümlədən Naxçıvandan olan startap qurucuları iştirak ediblər.

Tədbirdə çıxış edən İRİA-nın sədri Fərid Osmanov Naxçıvan İnnovasiya Mərkəzinin yaradılmasını regional innovasiyaların genişlənməsində mühüm mərhələ olduğunu vurğulayıb: “Bakı və Sumqayıtdan sonra artıq Naxçıvanda da belə bir mərkəzin təsis edilməsi innovasiya infrastrukturunun əlçatanlığının təmin edilməsi baxımıdan bu bölgə üçün əhəmiyyətli hadisədir. Bu mərkəz sadəcə ofis məkanı deyil, burada startaplar müxtəlif inkişaf proqramlarında iştirak etmək, mentor dəstəyi almaq, investorlarla görüşlər keçirmək və tədbir təşkil etmək imkanından faydalana biləcəklər. Burada innovasiya mədəniyyəti formalaşıb genişlənəcək”.

Sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov çıxış ediblər. Onlar İRİA-nın bölgələrdə ekosistem quruculuğu sahəsində gördüyü işləri yüksək qiymətləndirib və Naxçıvan İnnovasiya Mərkəzinin açılışını ətraf bölgələrdən olan innovativ düşüncəli gənclər üçün yeni perspektivlər yaradacağını diqqətə çatdırıblar.

Daha sonra İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev Naxçıvan İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verib. Bildirib ki, Mərkəzdə müasir texnoloji həllərin hazırlanması və sınaqdan keçirilməsini mümkün edən Aparat və Proqram Təminatı Laboratoriyası, ideyaların prototiplərə və praktik layihələrə çevrilməsi istiqamətində Texnologiya və Mühəndislik Laboratoriyası fəaliyyət göstərəcək. Bundan əlavə, innovatorlar, tələbələr və ümumiyyətlə innovasiya ilə maraqlanan hər kəs üçün əməkdaşlıq və ortaq fəaliyyət mühitini yaradan kovörkinq və tədbir məkanları istifadəyə veriləcək.

Tədbirin yekununda Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli Naxçıvan Dövlət Universitetinin innovasiya ekosisteminin quruculuğu fəaliyyətləri haqqında ətraflı təqdimatla çıxış edib.

10:18

Naxçıvan Dövlət Universitetində Naxçıvan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmmədrəhimov, dövlət qurumlarının nümayəndələri, ziyalılar, universitetin rəhbər və müəllim heyəti iştirak edirlər.

Qeyd edək ki, Naxçıvan İnnovasiya Mərkəzi ölkəmizdə Bakı və Sumqayıtdan sonra açılan 3-cü regional mərkəzdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri