Icma.az
close
up
RU
İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? Ermənistan üçün NÜMUNƏ

İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? Ermənistan üçün NÜMUNƏ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatıb və sazişin paraflanmasına hazırlıq gedir. “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” adlı saziş preambula və 17 maddədən ibarətdir.

Ancaq paraflanma sazişin imzalanması və qüvvəyə minməsi mənasına gəlmir. Ermənistan Azərbaycanla sülh sazişinin bağlanması üçün 2 məsələni həll etməlidir. Bunlardan biri Minsk Qrupunun buraxılması, digəri Ermənistan Konstitusiyasının dəyişməsidir.

Ermənistanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, əsas qanunda istinad edilən Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də keçmiş Ali Sovetin birinci sessiyasında qəbul edilib.

12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.

Bəyannamədə təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Belə ki, bəyannamənin 11-ci maddəsində qeyd edilir ki, “Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”. “Qərbi Ermənistan” dedikdə isə ermənilər Türkiyə Respublikasının şərqində yerləşən 6 vilayəti (Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas) nəzərdə tuturlar.

Azərbaycan Ermənistanın Konstitusiyasının dəyişməsinin presedenti kimi İrlandiyanı nümunə götürüb.

Modern.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib ki, Böyük Britaniya və İrlandiya Respublikası arasında 1998-ci ildə imzalanmış “Yaxşı Cümə Sazişi”nə əsasən, İrlandiyada konstitusiya dəyişiklikləri zəruri idi, çünki İrlandiya konstitusiyasında Şimali İrlandiyaya iddialar var idi.

Qeyd edək ki, “Yaxşı Cümə Sazişi” (Good Friday Agreement) 1998-ci ilin aprelin 10-da bağlanıb. Sazişə qədər İrlandiya Konstitusiyasının 2 və 3-cü maddələri Şimali İrlandiyanı "İrlandiya Respublikasının ayrılmaz hissəsi" kimi təsvir edirdi. Bu maddələr faktiki olaraq Böyük Britaniyanın suverenliyinə konstitusion zidd iddia hesab olunurdu.

Lakin “Good Friday Agreement” çərçivəsində İrlandiya hökuməti sülh naminə bu müddəaları dəyişdirmək öhdəliyi götürdü. 1998-ci ilin mayında keçirilən ümumxalq səsverməsində vətəndaşların 94%-i dəyişiklikləri dəstəklədi və bu müddəa konstitusiyadan çıxarıldı. Beləlikə, İrlandiya bu məsələdə Ermənistan üçün nümunə ola bilər.

Qeyd edək ki, Şimali İrlandiyada 30 ildən çox davam edən qarşıdurmalarda 3500-dən çox insan həlak olub. Qarşıdurma 1998-ci ildə imzalanan sazişlə sona çatıb.

Elnur Əmirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 İyul 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri