Isaias qasırğası ABŞ nin cənub şərqində tələfatlara səbəb olub
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Isaias" qasırğası nəticəsində ABŞ-nin cənub-şərqindəki Florida və Alabamada azı iki nəfər həlak olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "The New York Times" (NYT) məlumat yayıb.
Məlumata görə, Floridanın Eskambiya dairəsində ağacın evinin üzərinə aşması nəticəsində bir qadın həlak olub. Daha bir nəfər isə Alabamanın Cefferson dairəsində ağac aşmasının qurbanına çevrilib.
Qasırğa cümə günü axşam saatlarında Floridanın Destin şəhəri yaxınlığında quruya çıxıb. O, şimal-qərb istiqamətində təxminən 17 km/saat sürətlə hərəkətini davam etdirir.
Meteoroloqların proqnozlarına görə, şənbə günü ərzində qasırğa tədricən zəifləyəcək, bazar gününə doğru isə dağılacaq.
Daha əvvəl ABŞ-nin Energetika Nazirliyi xəbərdarlıq edib ki, "Isaias" ölkədə neft və qaz hasilatını, eləcə də neft emalı zavodlarının işini ciddi şəkildə poza bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 10 Oktyabr 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















