Icma.az
close
up
RU
İsrail HƏMAS müharibəsinin ikinci ili 2 700 ailə məhv edilib...(FOTOLAR)

İsrail HƏMAS müharibəsinin ikinci ili 2 700 ailə məhv edilib...(FOTOLAR)

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

2023-cü il oktyabrın 7-də səhər saatlarından etibarən Fələstinin silahlı HƏMAS qruplaşmasının üzvləri Qəzzadan İsraillə sərhəddəki ərazilərə hücumlar həyata keçiriblər. Nəticədə 1195 nəfər, o cümlədən “Nature Party” musiqi festivalında iştirak edən 260 nəfər qətlə yetirilib. 254 nəfər isə HƏMAS tərəfindən girov götürülüb. Bunun fonunda İsrail Ordusu hazır vəziyyətə gətirilib və  HƏMAS-la müharibənin başladığını açıqlayıb. 

İsrailin 7 oktyabr 2023-cü ildə HƏMAS-a qarşı Qəzza zolağında başladığı hərbi əməliyyatların üzərindən nə az, nə də çox,  düz iki il keçir.

"Unikal" xəbər verir ki, BMT və beynəlxalq təşkilatların məlumatlarına görə, davam edən hərbi toqquşmalar nəticəsində Qəzzada böyük dağıntılar və humanitar böhran yaranıb.

Bildirilir ki, iki il ərzində 67 mindən çox fələstinli həlak olub, 170 minə yaxın insan isə yaralanıb. 2 min 700 ailə tamamilə məhv edilib. Həlak olanların arasında 20 minə yaxın uşaq və körpə olduğu bildirilir. Təxminən 50 min uşaq valideynlərindən ən az birini itirib. Qəzzadə minlərlə insanın taleyi isə hələ də naməlumdur - onların çoxunun dağıntılar altında qaldığı güman edilir.

İsrailin intensiv hücumları nəticəsində yaşayış binalarının təxminən 92 faizi dağılıb və ya zərər görüb. 38 xəstəxana və 125 tibb mərkəzi, eləcə də 165 təhsil müəssisəsi, 835 məscid və 3 kilsə məhv edilib.

Humanitar vəziyyət də getdikcə ağırlaşır. Ərzaq və tibbi yardımların bölgəyə girişinin məhdudlaşdırılması səbəbindən 500-ə yaxın insanın aclıqdan öldüyü, yüz minlərlə nəfərin isə aclıq riski altında yaşadığı bildirilir.

Beynəlxalq ictimaiyyətin təzyiqləri fonunda İsrail yardım mərkəzləri yaratsa da, Fələstin tərəfi bu məntəqələrə edilən hücumlar nəticəsində 2 500-dən çox insanın həlak olduğunu iddia edir.

BMT və beynəlxalq insan haqları təşkilatları Qəzzadakı vəziyyəti “müasir dövrün ən ciddi humanitar fəlakətlərindən biri” kimi qiymətləndirir və münaqişənin dərhal dayandırılmasına çağırır.

Bunun fonunda HƏMAS tez-tez İsrailin paytaxtı Tel-Əvivi raket atəşinə tutur. 

Hücumlarda onlarla insan həyatını itirib. Çox say israilli yaralanıb. Yaşayış məntəqlərinə,  o cümlədən obyektlərə ziyan dəyib. İsrail Müdafiə Nazirliyi 2023-cü il oktyabrın 7-dən bu yana 1152 əsgərin döyüşlərdə həlak olduğunu açıqlayıb. 

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri