İsrail İrana hücumu azı üç həftə davam KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin İrana qarşı hərbi əməliyyatı azı daha üç həftə davam edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin CNN telekanalına bildirib.
“Qarşımızda minlərlə hədəf var. Biz müttəfiqimiz ABŞ ilə koordinasiyalı şəkildə, ən azı yəhudilərin Pesax bayramınadək, indidən başlayaraq təxminən üç həftəlik nəzərdə tutulan planları həyata keçirməyə hazırıq və ondan sonrakı daha üç həftə üçün əsaslı planlarımız var”, – deyə o bildirib.
Defrinin sözlərinə görə, İMQ-nin addımlarını qrafik deyil, “İran rejiminin zəiflədilməsi”ndən ibarət olan qarşıya qoyulmuş tapşırıqların icrası müəyyən edir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Mart 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















