İsrail İranın nüvə silahı məsələsini danışıqlar yolu ilə həll etməyə hazırdır
Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin xarici işlər naziri Gideon Saar Münhen Təhlükəsizlik Konfransı zamanı bildirib ki, İsrail İranın nüvə silahı məsələsini güc tətbiq etmədən danışıqlar yolu ilə həll etməyə hazırdır.
"Mən heç vaxt məqsədə çatacağımız yoldan danışmamışam (İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq - red.). Mən istisna etmirəm ki, əgər bu mümkündürsə, danışıqlar yolu ilə vəzifəyə nail olmaq olar", - Saar deyib.
Nazir, bununla belə, əlavə edib ki, o, hələlik İranın bu məsələ ilə bağlı danışıqlara hazır olduğunu görməyib.
İsrailin xarici işlər naziri Donald Trampın ABŞ prezidenti olduğu müddətdə İranın nüvə silahı istehsalının məhdudlaşdırılması məsələsinin həll olunacağına və yeni sazişin şərtlərinin İranın nüvə proqramı üzrə 2015-ci ildə əldə edilmiş razılaşmadan daha təsirli olacağına ümid etdiyini bildirib.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 14 Fevral 2025 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















