İsrail qırıcıları Yəməndə hava limanında mülki təyyarələri VURDU
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Yəmənin Səna hava limanı ərazisində Ənsar Allah hərəkatının husi üsyançılarının hədəflərinə dörddə bir saat ərzində əlli sursat atıb.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
"Mayın 6-da səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarə 50 sursatdan istifadə edərək husi terror rejiminə məxsus çoxsaylı hədəfləri vurub. Bu terrorçuların hədəfləri Sənanın əsas hava limanı və onun ətrafında yerləşirdi", - məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, “qırıcılar 15 dəqiqə ərzində Sənanın əsas hava limanını bombalayıb, həmçinin husilərin terror məqsədləri üçün istifadə etdikləri əsas elektrik stansiyaları və beton zavodunu vurublar”.
Qeyd edək ki, mayın 6-da İsrail Hərbi Hava Qüvvələri Yəmənə kütləvi zərbə endirib. Zərbənin əsas hədəfi Ənsar Allahın nəzarətində olan Səna Beynəlxalq Hava Limanı olub. Paytaxt bölgəsindəki Dəhban elektrik stansiyası və Amran əyalətindəki sement zavodu da vurulub. "Əl Yemen" telekanalının məlumatına görə, İsrailin zərbələri nəticəsində Səna hava limanının əsas sərnişin terminalı və bütün texniki qurğular sıradan çıxıb. Telekanalın məlumatına görə, hava limanının ərazisində yerləşən bütün mülki təyyarələr də məhv edilib.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 May 2025 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















