Icma.az
close
up
RU
İsrail tərəfi ABŞ ın münaqişəyə birbaşa şəkildə cəlb olunmasını dəstəkləyir ŞƏRH EDİLDİ

İsrail tərəfi ABŞ ın münaqişəyə birbaşa şəkildə cəlb olunmasını dəstəkləyir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İran və İsrail arasında baş verən hadisələr göstərir ki, qarşılıqlı zərbələr sürətlə idarəolunmaz bir səviyyəyə çatıb. İsrailin İrana qarşı tətbiq etdiyi hərbi əməliyyatlara cavab mesajı gəldi. Artıq 5-ci gündür ki, iki təfəf də bir-birilərini dron və raket hücümları ilə məruz qoymaqdadır. Hələlik münaqişənin sadəcə bir istiqamətdə eskolasiyası müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə münaqişənin eskalasiyası əsasən birtərəfli xarakter daşıyır və hər hansı bir tənzimləmə perspektivi müşahidə olunmur: "Bu proses qısa müddətdə dayandırılmadığı təqdirdə, regionda idarəolunmaz və dərin nəticələrə səbəb ola bilər, uzunmüddətli qarşıdurma mühitini formalaşdıra bilər. Belə halda iştirakçıların coğrafiyası İsrail və İranla məhdudlaşmayacaq. Regional ölkələr də müəyyən səviyyələrdə qarşıdurmaya cəlb olunmaq məcburiyyətində qala bilərlər.

Məsələn, İsrail tərəfi ABŞ-ın münaqişəyə birbaşa şəkildə cəlb olunmasını dəstəkləyir. Şübhəsiz ki, ABŞ bölgədə proseslərin əsas strateji istiqamətlərini müəyyən edən aparıcı aktor rolunu oynayır. ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada qeyd edir ki, artıq İranda Vaşinqtonla dialoqu rədd edən sərt xətt tərəfdarı liderlər yoxdur və danışıqlara qayıdış mümkündür. O, həmçinin vurğulayır ki, yüksək rütbəli iranlı hərbi rəsmilərin aradan götürülməsi ABŞ-ın məqsədyönlü qərarı olub".

Politoloq bildirib ki, Tehranın təxliyəsi ilə bağlı çağırışlar, ABŞ-ın proseslərdə birbaşa iştirakını nümayiş etdirən ciddi göstəricilərdən biridir: "Mövcud qarşıdurma şəraitində bir neçə regional və regiondan kənar dövlətin birbaşa şəkildə proseslərə cəlb olunması ehtimalı artır. Bu isə uzunmüddətli və daha geniş coğrafiyanı əhatə edən münaqişənin formalaşmasına səbəb ola bilər. Belə bir inkişaf ssenarisi bölgədə genişmiqyaslı və davamlı hərbi toqquşmaların baş verməsinə yol aça bilər ki, bu da ciddi humanitar və siyasi fəsadlarla müşayiət oluna bilər.

Mövcud vəziyyət fonunda qeyd etmək lazımdır ki, Türkiyə və Rusiya prezidentləri arasında baş tutan telefon danışığı nəticəsində tərəflər mövcud gərginliyin dialoq və diplomatik yollarla aradan qaldırılmasının tərəfdarı olduqlarını bəyan etmişlər. Həmçinin bu kontekstdə qarşılıqlı koordinasiyanın təmin olunmasının və vəziyyətə konstruktiv yanaşmanın vacibliyi xüsusi vurğulanmışdır.

Qeyd etmək lazımdır ki, bundan əvvəl də ABŞ Prezidenti ilə Rusiya Federasiyasının Prezidenti arasında telefon danışığı baş tutmuşdur. Danışıqlar çərçivəsində Rusiya tərəfi regional böhranın həlli istiqamətində vasitəçilik təşəbbüsünü irəli sürmüşdür. Görünən odur ki, vəziyyətin artan gərginliyi beynəlxalq sistemin əsas aktorları tərəfindən artıq ciddi şəkildə diqqət mərkəzinə çəkilməkdədir.

Eyni zamanda qeyd olunmalıdır ki, ABŞ da situasiyanın idarəolunmaz müstəviyə keçəcəyi təqdirdə, bunun regiondakı öz strateji maraqları və hərbi mövcudluğu üçün təhlükə yarada biləcəyini anlamaqdadır. ABŞ-ın regionda geniş hərbi infrastrukturla təmsil olunması – o cümlədən Fars körfəzində və bir sıra Ərəb ölkələrinin ərazisində yerləşən hərbi bazalar vasitəsilə – bu riskləri daha da aktuallaşdırır. Belə bir eskalasiya ssenarisi təkcə mövcud münaqişə zonasını deyil, həm də yaxın ətraf əraziləri əhatə edə biləcək daha genişmiqyaslı qarşıdurmaların baş verməsi ehtimalını artırır"- deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri