Icma.az
close
up
RU
İsrail Türkiyə münasibətlərinin yaxşı olması bizim də əlaqələrimizə müsbət təsir göstərəcək Deputat

İsrail Türkiyə münasibətlərinin yaxşı olması bizim də əlaqələrimizə müsbət təsir göstərəcək Deputat

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq Osmanlı imperiyası tərəfindən XX əsrin əvvəllərində törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan edib.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, burada qeyri-adi heşnə görmür.

"Netanyahunun Türkiyəyə münasibəti hamıya məlumdur. Ona görə də onun açıqlamalarının insanlarımız tərəfindən təəccüblə qarşılanması mənim üçün təəccüblüdür.

Hazırda İsrail-Türkiyə münasibətlərində gərginlik var və bunun bir çox səbəbləri mövcuddur. Tarix boyu bu əlaqələr gah yaxşılaşıb, gah da pisləşib. Hazırda isə, nə qədər cəhdlər edilsə də, münasibətlər gərgindir və belə davam edəcək. Buna görə biz bu reallığı nəzərə almalı və daim diqqətdə saxlamalıyıq".

Millət vəkili qeyd etdi ki, gərginliyin əsas səbəbləri Yaxın Şərqdəki vəziyyət, Fələstin və Qəzza məsələləridir.

"Biz çox istərdik ki, İsrail-Türkiyə münasibətləri inkişaf etsin, yaxşı istiqamətdə davam etsin. Amma bu gün hələ ki, bunu görmürük və bu, müəyyən vaxt tələb edən məsələdir.

Ümid edirik ki, həm İsrail, həm də Türkiyə münasibətlərin qurulması və inkişafı üçün səylər göstərəcək, addımlar atacaq. Çünki bu, Azərbaycan üçün də çox önəmli məsələdir. İsrail-Türkiyə münasibətlərinin yaxşı olması bizim də əlaqələrimizə müsbət təsir göstərəcək".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Avqust 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri