“İsrail uşaqları diridiri yandırır” ABŞnin keçmiş hərbçisindən Konqresdə etiraz + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Konqresində Nümayəndələr Palatasının Veteranlarla İş üzrə Komitəsinin iclasında keçmiş əsgər və kəşfiyyatçı Cozefina Quilbeau İsraili tənqid edib.
“AzPolitika” xəbər verir ki, C. Quilbeau ABŞ və ABŞ Konqresini İsrailə milyardlarla dollar maliyyə yardımı etməklə Qəzzada törədilən soyqırıma şərik olmaqda ittiham edib.
“ABŞ Konqresi Qəzzadakı soyqırımın ortağıdır. İsrailə milyardlarla dollar göndərməyə davam edirsiniz. Digər tərəfdən, veteranlarımız evsiz qalır, intihar edir. 17 illik xidməti olan bir veteran və kəşfiyyatçı kimi mən sizin Amerika dəyərlərini məhv etdiyinizi və milli təhlükəsizliyimizi təhlükə altına atdığınızı izləyirəm”,-deyə o, bildirib.
O, salondan çıxarılarkən İsrailin uşaqları diri-diri yandırdığını bildirib: “Bir ildir İsrailin uşaqları diri-diri yandırmağını izləyirəm. Siz veteranlara əhəmiyyət vermirsiniz. ABŞ dəyərlərinə önəm vermirsiniz. Siz bu ölkəni məhv edirsiniz. Hamınıza ayıb olsun. Tanrı sizə əxlaq və doğru olanı etmək cürəti versin. Tanrı qəlblərinizi sizə qaytarsın. Hamınıza ayıb olsun!”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 23 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















