Icma.az
close
up
RU
İsraildə Netanyahuya qarşı sui qəsd etməyi planlaşdıran yaşlı qadın həbs olundu

İsraildə Netanyahuya qarşı sui qəsd etməyi planlaşdıran yaşlı qadın həbs olundu

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İsrailin mərkəzi bölgəsinin sakini olan yaşlı qadın Baş nazir Benyamin Netanyahuya qarşı sui-qəsd planlaşdırmaqda şübhəli bilinərək "Şin-Bet" (Ümumi Təhlükəsizlik Xidməti - red.) tərəfindən həbs edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Kan" xəbər xidməti məlumat verir.

İyulun 24-də şübhəli şəxsə qarşı ittiham irəli sürüləcək. O, terror aktı törətmək məqsədilə əlbir olmaqda ittiham edilir.

Bildirilib ki, şübhəli şəxs - 70 yaşlarında olan qadın hökumətə qarşı etiraz aksiyalarının fəalıdır. O, yaxınları ilə söhbətində "Baş nazir Benyamin Netanyahunu öldürmək niyyətini ifadə etdiyinə görə" həbs olunub, qadın tank əleyhinə əl qumbaraatanı ilə ona hücum etməyi planlaşdırırmış.

"Yedioth Ahronoth" qəzeti yazır ki, qadın etiraz hərəkatının digər fəallarına müraciət edərək silah əldə etməyə çalışıb, həmçinin Netanyahunun mühafizəsinin necə təşkil olunduğu ilə maraqlanıb.

Hüquq-mühafizə orqanlarına onun niyyəti barədə məlumat daxil olduqdan sonra şübhəli şəxs "Şin-Bet" tərəfindən saxlanılıb. Qadın dindirilmək üçün Ağır və Beynəlxalq Cinayətlərin İstintaqı üzrə Milli İdarəyə aparılıb. O, günahını qismən etiraf edib.

Yaşı, səhhəti və şəxsi vəziyyəti nəzərə alınaraq, qadın elə həmin gün məhdudlaşdırıcı şərtlərlə azadlığa buraxılıb. Qabaqlayıcı tədbir olaraq, şübhəlinin baş nazirə və dövlət qurumlarına yaxınlaşmasına qadağa qoyulub.

İstintaq təfərrüatının dərcini qadağan edən məhkəmə qərarı istintaq bölməsinin tələbi ilə ləğv olunub.

Müxalifət lideri Yair Lapid məsələ ilə bağlı fikrini bildirib.

"Baş nazir Netanyahuya qarşı sui-qəsd cəhdini qətiyyətlə qınayıram. Ona zərər verməyə cəhd edən və ya cəhd edəcək hər kəs sərt şəkildə məsuliyyətə cəlb olunmalıdır", - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri