İsraildə polis İranın zərbələrini lentəİsraildə polis İranın zərbələrini lentə almaq istəyən operatorları saxladı almaq istəyən operatorları saxlayıb KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
İsrailin Hayfa şəhərində polis İrandan gözlənilən yeni raket hücumunu lentə almağı planlaşdıran bir qrup operatoru saxlayıb.
KONKRET.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə İsrail polisinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarına bir neçə nəfərin yerli mehmanxananın otağının eyvanına toplaşaraq Hayfanın atəşə tutulması ərəfəsində kameralar quraşdırdığı barədə siqnal daxil olub. Onlar obyektivlərini əvvəllər İranın zərbələrə məruz qoyduğu Hayfa dəniz limanına yönəldiblər.
Hadisə yerinə gələn polis həmin şəxsləri dindirilmək üçün saxlayıb və avadanlıqlarını müsadirə edib.
Açıqlamada qeyd olunub ki, tədbirlər İranın davamlı zərbələri kontekstində Müdafiə Nazirliyi və İsrail Polisinin Baş Müfəttişinin göstərişlərinə uyğun olaraq həyata keçirilib.
Bu işlə bağlı məlumatlar araşdırma üçün Baş Təhlükəsizlik Xidmətinə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 18 İyun 2025 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















