Icma.az
close
up
RU
İstanbulda “COP29 və COP30 arasında körpü: Diplomatiya, fəaliyyət və iqlim üzrə yol xəritəsi” mövzusunda konfrans keçirilib

İstanbulda “COP29 və COP30 arasında körpü: Diplomatiya, fəaliyyət və iqlim üzrə yol xəritəsi” mövzusunda konfrans keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

İstanbul, 30 may, Günel Karatepe, AZƏRTAC

Mayın 30-da İstanbulda “COP29 və COP30 arasında körpü: Diplomatiya, fəaliyyət və iqlim üzrə yol xəritəsi” mövzusunda konfrans və panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu, İstanbul Konsullar Korpusu (İstanbul Consular Corps-İCC) və COP29 Prezidentliyin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə baş konsul Nərminə Mustafayeva, BMT-nin Türkiyədəki Rezident nümayəndəsi Babatunde A.Ahonsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku, İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi İsiaka Abdulqadir İmam, Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini, COP29 üzrə baş danışıqçı Fatma Varank, Enerji Səmərəliliyi Assosiasiyasının İdarə Heyətinin üzvü, “Vat enerji” şirkətinin baş direktoru Altuğ Karataş və digərləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın İstanbuldakı baş konsulu ilə D-8-in Baş katibi İsiaka Abdulqadir İmam və QDİƏT-in Baş katibi Lazar Komanesku arasında ikitərəfli görüşlər keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Nərminə Mustafayeva, Babatunde A.Ahonsi, Lazar Komanesku və İsiaka Abdulqadir İmam tədbirin COP29-un yekunlarının müzakirəsi və bu istiqamətdə gələcək fəaliyyətlər baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd edilib ki, iqlim problemlərinin həlli ortaq gələcəyimizin formalaşdırılması baxımından ən mühüm sahələrdən biridir.

Ötən il COP tədbirləri baxımından Azərbaycanın sədrliyi ilə əldə edilən uğurlu nəticələrə diqqət çəkən natiqlər COP29-un, sadəcə, bir danışıqlar platforması deyil, həm də dünyanın gələcəyinə ədalətli və əhatəli həll yanaşması olduğunu vurğulayıblar.

Çıxışlarda Azərbaycan ilə Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığının əhəmiyyəti vurğulanaraq, bunun davamlılığının vacibliyi qeyd edilib.

Hazırda Azərbaycan və Braziliyanın COP29-da əldə edilən yol xəritəsi üzərində işləri davam etdirdiyi bildirilib.

Tədbir Yalçın Rəfiyev, Fatma Varank və Altuğ Karataşın iştirakı ilə panel iclasla davam etdirilib.

Türkiyənin Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlunun moderatorluğu ilə baş tutan iclasda COP29-un yekunları və COP30 hədəfləri müzakirə olunub.

Paneldə təqdimatla çıxış edən Yalçın Rəfiyev Azərbaycanın COP29-la bağlı hədəfləri və əldə olunan nəticələr barədə danışıb.

Bildirilib ki, məhz COP29 sayəsində iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən və daha güclü bir şəkildə səfərbər edildi. COP29-un yekununda qəbul edilən qərara müvafiq olaraq, zəngin ölkələr iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələrə hər il rekord məbləğdə vəsait – 300 milyard ABŞ dolları verəcəklərini öhdəlik kimi götürüblər. Bu qərar 2035-ci ilə qədər qüvvədədir. COP29-a qədər bu məbləğ 100 milyard ABŞ dolları təşkil edirdi və heç də əlverişli şərtlərlə verilmirdi. COP29-da yeni nəticələr əldə olundu və ayrılan məbləğ indiyədək baş tutan COP-ların tarixində rekord məbləğdir.

Qeyd edilib ki, COP29 çərçivəsində əldə olunan möhtəşəm uğurlardan biri də Paris İqlim Sazişində yer alan 6-cı maddə üzrə on il davam edən danışıqların yekunlaşması oldu. Altıncı maddənin təsiri bizim gündəlik həyatımızda aydın olacaq və məhz bunun nəticəsində karbon bazarlarından maliyyə axınlarının qarşıdakı 25 il ərzində ildə 1 trilyon ABŞ dollarına çatması gözlənilir.

Fatma Varank çıxışında COP29-da Azərbaycanın çox böyük uğur əldə etdiyini vurğulayaraq deyib: “Yaxından iştirak edən bir ölkə olaraq Azərbaycanın səssiz, lakin çox təsirli bir diplomatiya ilə mükəmməl qərarlar verdiyini müşahidə etdik. Bu münasibətlə Azərbaycanı təbrik edirəm. Tədbirdə inkişaf etmiş və inkişafda olan ölkələrlə yanaşı, bütün iştirakçılara, eləcə də Türkiyəyə verilən dəstəklərə görə də təşəkkürümü ifadə edirəm. Təbii ki, əldə olunan nəticələr dünyadakı bütün problemləri həll etməyə qadir deyil, lakin COP29-la iqlim məsələləri baxımından böyük bir məsafə qət etdiyimizə inanırıq”.

Tədbir mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri