Icma.az
close
up
RU
İstanbulda qapalı görüş ABŞ və Rusiya diplomatları biri birindən nə tələb edirlər?

İstanbulda qapalı görüş ABŞ və Rusiya diplomatları biri birindən nə tələb edirlər?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələr başlayıb.

“AzPolitika” xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, hər iki ölkənin xarici siyasət idarələri müzakirələrin Moskva və Vaşinqtondakı diplomatik missiyaların işinin normallaşdırılması ilə bağlı olacağını bildiriblər.

Danışıqlar qapalıdır və Rusiyanın İstanbuldakı Baş Konsulluğunda aparılır. Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edir.

Bu, İstanbuldakı məsləhətləşmələrin ikinci mərhələsidir; əvvəlkilər fevralın sonunda ABŞ Baş Konsulluğunun binasında baş tutub.

Dövlət Departamentinin sözçüsü Tammy Bruce bir gün əvvəl demişdi ki, "Ukrayna bu müzakirələrdə gündəmdə deyil ".

O vurğulayıb ki, ümumilikdə ikitərəfli münasibətlərin normallaşdırılmasından söhbət getməyəcək, diplomatlar səfirliklərin normal fəaliyyətinin bərpası məsələsinə xüsusi diqqət yetirəcəklər. Son illərdə diplomatların və səfirlik işçilərinin qovulmasından və səfirliklərdə işləyə biləcək işçilərin sayına qoyulan məhdudiyyətlərdən sonra diplomatik fəaliyyət əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

Rusiya diplomatlarının ABŞ-da istifadə etdiyi bir sıra mülklər, o cümlədən San-Fransisko və Sietldəki konsulluqlar, Vaşinqton və Nyu Yorkdakı ticarət nümayəndəlikləri və diplomatların tətil üçün istifadə etdikləri iki dövlət mülkləri qapadılıb.

Rusiyada isə Moskvanın təkidi ilə ABŞ-nin Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb, tətbiq edilən məhdudiyyətlər, kadr çatışmazlığı səbəbindən ABŞ Vladivostok və Yekaterinburqdakı konsulluqlarının işini dayandırmaq məcburiyyətində qalıb. ABŞ-ın Moskvadakı səfirliyi Rusiya vətəndaşlarına ABŞ vizalarının verilməsini faktiki olaraq dayandırıb.

Donald Tramp vəzifəyə gəldikdən sonra ABŞ rəsmiləri müxtəlif səviyyələrdə Rusiya rəsmiləri ilə dəfələrlə görüşüblər. Bu, əvvəlki administrasiya dövründə olduqca nadir olan təmaslar hesab olunur. Trampın təkid etdiyi əsas məqsədə - Ukraynada sülhün əldə edilməsi və ya ən azı atəşkəs hələ də əldə olunmayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri