İstilik mövsümünün başlanma tarixi dəyişdirilə bilərmi?
Icma.az bildirir, Milli.az portalına istinadən.
Azərbaycanda istilik mövsümünün başlanma tarixi hər il müzakirə mövzusu olur. Rəsmi qaydalara əsasən, ölkənin böyük hissəsində istilik sistemlərinin işə salınmasına noyabrın 15-dən başlanılır. Lakin hava şəraitinin erkən soyuması sakinlər arasında istiliyin daha əvvəl verilməsi ilə bağlı gözləntilər yaradır.
Bəs mövcud qaydalara əsasən istiliyin verilməsi müəyyən edilmiş tarixdən əvvəl mümkündürmü?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı açıqlama verib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli qərarı ilə təsdiqlənən qaydalara əsasən, Bakı və ölkənin digər ərazilərində istilik mövsümü 15 noyabr-15 aprel, müəyyən rayonlarda isə 1 noyabr-1 may tarixlərini əhatə edir.
Elvin Basqallı qeyd edib ki, havanın temperaturunun yalnız bir neçə gün aşağı düşməsi mövsümün erkən başlanması üçün əsas sayılmır. Bunun üçün soyuq hava şəraitinin davamlı və ciddi xarakter alması tələb olunur. Belə halda başlanma tarixinin dəyişdirilməsi ilə bağlı qərar müvafiq dövlət qurumları məlumatlandırılmaqla həyata keçirilə bilər.
Qurum rəsmisi Qarabağdakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, mərkəzi qazanxanalara qoşulan bəzi binalara digər qurumlar xidmət göstərir. Şuşada "Azəristiliktəchizat" tərəfindən 7 qazanxana yaradılıb, müxtəlif təyinatlı 16 binanın istilik və isti su təminatı üçün müvafiq sistemlər qurulub.
Aparılan işlərin əsas məqsədi istilik mövsümü başlamamış mümkün nasazlıqları müəyyənləşdirmək və qış aylarında fasilələrin qarşısını almaqdır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 07 Oktyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















