Icma.az
close
up
RU
İstismar müddəti bitən binaların aqibəti necə olacaq? AÇIQLAMA

İstismar müddəti bitən binaların aqibəti necə olacaq? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanın inşaat tarixinə baxsaq, layihə institutlarının fəaliyyəti ilə aktiv dövr 70-ci illərdə başlayıb. Ondan əvvəl Bakıda inşa olunan evlər əsasən “Xruşovka” tipli binalar olub. Bu binalar 45 illik istismar müddəti üçün nəzərdə tutulmuşdu və 2000-2001-ci illərdə onların rəsmi istismar müddəti başa çatmışdı. Buna baxmayaraq, hələ də bu binalar istifadə olunur və ölkədəki çoxmənzilli fondun əsas hissəsini təşkil edir. Azərbaycanda təxminən 20 min belə bina mövcuddur”.
Bunu Demokrat.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
O bildirib ki, 70-ci illərin əvvəllərində Leningrad, Kiyev, Minsk və Daşkənt tipli eksperimental binalar inşa olunmağa başlayıb ki, bu binaların istismar müddəti konstruksiyasından asılı olaraq 60-100 il nəzərdə tutulub:
"Geniş yayılan 9 mərtəbəli eksperimental və Leningrad tipli binaların əksəriyyətinin istismarı 100 il üçün planlaşdırılıb. Hazırda Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tətbiq olunan normativlər binanın konstruksiya elementlərinə və əsas hissələrinə şamil edilir. Binanın daha davamlı olması üçün yüksək markalı beton və digər keyfiyyətli materiallardan istifadə olunur".
Ekspert qeyd edib ki, süni ara divar və çöl divarları üçün istifadə olunan bəzi materialların ömrü 40-60 il olsa da, təbii daş və kərpiç kimi materialların istismar müddəti çox daha uzun olur:
"Kubik daş milyonlarla il ərzində formalaşdığı üçün çox uzun müddət dayana bilir, kərpiç isə nəmə və hava təsirlərinə məruz qalmadığı halda 500 ilədək istifadə oluna bilər. Hazırda Struktural Şəhərsalma Komitəsi tərəfindən hazırlanan normativlərdə iki yeni tələb yer alıb. 
2000-ci illərdən bəri ölkədə 2500-dən çox çoxmərtəbəli bina inşa olunub. Bu binalar Sovet dövründə eksperimental tipli metal-qalqas konstruksiyalardan istifadə edilərək tikildiyi üçün dayanıqlığı yüksəkdir".
Onun sözlərinə görə, yeni normativlərin əsas məqsədi bürokratik əngəllərin yaranmamasıdır:
"Sistem şəffaf olmalı, açıq müraciət formaları və aydın tələblər olmalıdır ki, gələcəkdə inşa olunan binaların layihələndirmə işləri gecikməsin. 
Müraciətlər məmur və vətəndaş arasında maksimum şəffaf şəkildə həyata keçirilməlidir".
Ekspertin sözlərinə görə, normativlər göstərir ki, inşa olunan binaların istismar müddəti orta hesabla 100 il nəzərdə tutulur:
"Bu tələblər daşınmaz əmlakın qiymətinə əlavə yük yaratmamalıdır. Konstruksiya elementləri və digər hissələrin əldə olunması və istifadəsi əlçatan olmalıdır. 
Əlavə olaraq, 2000-ci illərdən inşa olunan binaların test olunması, yoxlanılması və aşınmasının qiymətləndirilməsi üçün mexanizmlərin tətbiqi vacibdir. Gələcəkdə normativlər binaların minimum 100 il üçün istismar müddətini təmin etməli, yeraltı sular və digər təsirlər səbəbindən istismar müddətinin azalmasının qarşısını almalıdır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri