İsveç Aİ də “tüstüsüz ölkə” hədəfinə çatan ilk üzv dövlət olub
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
İsveç Avropa İttifaqında (Aİ) əhalisinin gündəlik siqaret çəkmə səviyyəsini 5 faizdən aşağı salan ilk ölkə olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin “X” platformasında məlumat dərc olunub.
Məlumatda qeyd olunub ki, İsveç 2025-ci ilə qədər Aİ-nin müəyyən etdiyi 5 faizlik “tüstüsüz ölkə” hədəfinə çatan ilk üzv dövlət olub.
İsveç Alkoqol və Maddə Məlumat Şurasının (CAN) son hesabatına görə, ölkədə gündəlik siqaret çəkənlərin payı 3,7 faizə düşüb.
“Smoke Free Sweden” təşkilatının rəhbəri, Dünya Tibb Assosiasiyasının keçmiş baş katibi Delon Human bildirib ki, bu, Avropada ictimai səhiyyə üçün dönüş nöqtəsidir.
Onun sözlərinə görə, İsveç bu nəticəyə qadağalar tətbiq etmədən, yetkin siqaret çəkənlər üçün daha az riskli alternativlərin əlçatanlığını təmin etməklə nail olub.
İsveçin göstəriciləri Aİ-nin ümumi nəticələrindən əhəmiyyətli dərəcədə fərqlənir. Aİ-də gündəlik siqaret çəkənlərin payı 2012-ci ildəki 28 faizdən 2025-ci ildə 24 faizə enib. Bu isə 13 il ərzində cəmi 4 faiz bəndi azalma deməkdir.
Eyni dövrdə İsveçdə siqaret çəkmə səviyyəsi təxminən iki dəfə azalıb. Məlumatlara əsasən, ölkədə siqaretlə əlaqəli xəstəliklərin göstəriciləri də Avropanın ən aşağı səviyyələrindədir. Kişilər arasında ağciyər xərçəngindən ölüm göstəricisi Aİ ortalamasından 61 faiz, ümumi xərçəngdən ölüm göstəricisi isə 34 faiz aşağıdır.
Bu mövzuda digər xəbərlər:İsveç Aİ də Ukraynaya maliyyə yardımı ayıran ilk ölkə olub
27 Avqust 2025 14:11
Tüstüsüz tütün məhsulları KONKRET
13 Oktyabr 2025 09:21
ƏbuDabidə “Tüstüsüz gələcək” mövzusunda tədbir keçirilib
19 Dekabr 2024 09:50
Tüstüsüz məhsullar dünyada daha çox yayılır
04 Fevral 2025 09:51
Rabatda tüstüsüz gələcək müzakirə edildi Fotolar
30 İyun 2026 09:02
Baxış sayı:152
Bu xəbər 19 Avqust 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















