İsveç yığmasının Slovakiya və Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin son iki turunda Slovakiya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
"Operativ Media" xəbər verir ki, baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində noyabrın 16-da Slovakiya, 19-da isə Azərbaycan komandasına qarşı evdə baş tutacaq matçlara 23 futbolçu dəvət edib.
Qapıçılar: Viktor Yohansson (“Stok Siti”, İngiltərə), Kristoffer Nordfeldt (AIK), Yakob Videll Zetterström (“Derbi Kaunti”, İngiltərə);
Müdafiəçilər: Qabriel Qudmundsson (“Lill”, Fransa), İsak Hien (“Atalanta”, İtaliya), Emil Kraft (“Nyukasl”, İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted”, İngiltərə), Ken Sema (“Uotford”, İngiltərə), Erik Smit (“Sankt Pauli”, Almaniya), Karl Starfelt (“Selta”, İspaniya), Daniel Svensson (“Nordsyelland”, Danimarka);
Yarımmüdafiəçilər: Yasin Ayari (“Brayton”, İngiltərə), Lukas Berqvall (“Tottenhem”, İngilərə), Uqo Bolin (“Malmö”), Niklas Eliasson (AEK, Yunanıstan), Emil Forsberq (“Nyu York Red Bullz”, ABŞ), Yesper Karlström (“Udineze”, İtaliya), Uqo Larsson (“Ayntraxt”, Almaniya), Sebastian Nanasi (“Strasburq”, Fransa), Anton Saletros (AIK);
Hücumçular: Viktor Qyökereş (“Sportinq”, Portuqaliya), Alexander İsak (“Nyukasl”, İngiltərə), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə).
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















