İtaliya Kiyevə NATO qoşunları olmadan təhlükəsizlik zəmanətləri təklif edib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İtaliya Baş naziri Corcia Meloni Kiyev hakimiyyətinə sülh yolu ilə həll üçün təhlükəsizlik zəmanətləri təqdim edən plan irəli sürüb.
APA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Məlumata görə, təklifdə Kiyevdə Qərb müttəfiqlərinin qoşunlarının yerləşdirilməsi nəzərdə tutulmayıb.
Agentlik qeyd edir ki, İtaliya Baş nazirinin təklifində Ukraynanın NATO-ya qəbul cəhdlərindən imtina nəzərdə tutulur.
Eyni zamanda, plan çərçivəsində alyans ölkələrinin Kiyev ilə razılaşmalar bağlaya biləcəyi mexanizm təklif edilir.
Təklifə əsasən, Ukraynaya hücum edilərsə, 24 saat ərzində Kiyevə hərbi dəstək göstəriləcək.
Qeyd edilir ki, İtaliyanın planı NATO ölkələri tərəfindən nəzərdən keçirilən bir neçə təklifdən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 Avqust 2025 04:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















