Icma.az
close
up
RU
İtaliya Yerin müşahidə peykini orbitə çıxarıb AZƏRTAC

İtaliya Yerin müşahidə peykini orbitə çıxarıb AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Roma, 7 dekabr, AZƏRTAC

İtaliya “Vega-C” daşıyıcı raketi ilə “Sentinel-1C” Yerin müşahidə peykini orbitə çıxarıb.

AZƏRTAC xəbər verir ki, “Vega-C” daşıyıcı raketi Cənubi Amerikanın şimal-şərqində, Fransız Qvianasının Kuru kosmodromundan buraxılıb. “Sentinel-1C” Avropa İttifaqının kosmik proqramının Yerin müşahidəsi komponenti olan “Kopernik”in bir hissəsidir. Peyk Avropa Kosmik Agentliyi (ESA), “Avio” və “Thales Alenia Space” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Təxminən 2,2 ton buraxılış kütləsi ilə “Sentinel-1C” aşağı yerətrafı orbitdə 700 kilometr hündürlükdə 7 il ömür sürəcək. Peykdən əldə olunacaq məlumatlar Avropanın bir neçə mərkəzində, Materada yerləşən “Telespazio” və İtaliya Kosmik Agentliyinin birgə müəssisəsi olan “e-GEOS” kosmik mərkəzinin stansiyasında toplanacaq.

İtaliyanın Baş naziri Ciorcia Meloni “Sentinel-1C” peykinin orbitə çıxarılmasının ölkəsinin Avropa məkanında aparıcı rolunu bir daha təsdiqlədiyini bildirib. Qeyd edib ki, bu uğur sayəsində İtaliya rəqabət qabiliyyəti və təhlükəsizliyi üçün strateji əhəmiyyətə malik kosmosa avtonom çıxışı olan dünyada nadir ölkələrdən birinə çevrilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 04:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri