Icma.az
close
up
RU
İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş panel konfrans keçirilib

İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş panel konfrans keçirilib

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Dokuz Eylül Universiteti və İzmir Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin tərəfdaşlığı ilə 9 aprel 2025-ci il tarixində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində "20-ci əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və sürgünlər" mövzusunda panel-konfrans keçirilib.

Oxu.Az-ın məlumatına görə, tədbirdən öncə panel-konfrans iştirakçılarını qarşılayan Dokuz Eylül Universitetinin rektoru professor Bayram Yılmaz onları universitetdə salamlamaqdan məmnun olduğunu ifadə edib, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin təhsil və elm sahəsində də möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. Rektor bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib və tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib.

Tədbir iki ölkənin dövlət himnlərinin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra tədbirin moderatoru, Dokuz Eylül Universitetinin professoru Dilşen İnce Erdoğan iştirakçıları salamlayaraq panel-konfrans barədə məlumat verib.

Açılış nitqləri ilə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) İdarə Heyətinin sədri Pərviz Altay bu tədbirin keçirilməsinin vacibliyindən, xüsusilə XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tarixə əsaslanan faktlarla dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar.

Daha sonra panel müzakirələrinə start verilib. Paneldə Dokuz Eylül Universitetinin tarix fakültəsinin professoru Dilşen İnce Erdoğan, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Aydın Məmmədov, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Toksoy və Dokuz Eylül Universitetinin İctimai-Hüquq fakültəsinin dosenti Uğur Samancı çıxış edərək 20-ci əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımları və deportasiyalar barədə elmi araşdırmalara əsaslanan təqdimatlarla çıxış ediblər. Məruzəçilər tarixi sənədlər və arxiv materialları əsasında soyqırımı hadisələrinin miqyasını, səbəblərini və nəticələrini təhlil ediblər.

Panel-konfrans iştirakçılar - yerli ictimaiyyət və universitet tələbələri tərəfindən böyük maraqla qarşılanıb və tədbirin sonunda mövzu ilə bağlı sual-cavab sessiyası təşkil olunub.

Qeyd edək ki, keçirilmiş panel-konfrans, 2024-cü ildə Türkiyənin Ege Universitetində təşkil olunmuş analoji mövzulu tədbirin davamı kimi gerçəkləşdirilib. Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan bu təşəbbüs çərçivəsində növbəti konfransın 11 aprel 2025-ci il tarixində Eskişehir şəhərindəki Anadolu Universitetində keçirilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Aprel 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri