Icma.az
close
up
RU
Kafedə gəncələr arasında hesab davası: “Payınıza düşəni ödəməyənin anasınıbacısını...” TƏFƏRRÜAT

Kafedə gəncələr arasında hesab davası: “Payınıza düşəni ödəməyənin anasınıbacısını...” TƏFƏRRÜAT

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İsmayıllı rayonunda 2007-ci il təvəllüdlü Rahib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Cəfərə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Rahib qardaşı Ərəstun, tanışları İslam və Cəfər ilə birlikdə İsmayıllı şəhərində yerləşən “Bahar” adlı kafedə spirtli içkilər qəbul ediblər. 
Daha sonra gecə saat 3 radələrində oradan getmək istədikləri vaxt əvvəldən aralarında olan razılaşmaya baxmayaraq birlikdə olan Cəfər hesabı ödəməyəcəyini bildirib. Buna görə də Rahib kafedən çıxıb və Cəfəri kafedən çölə çağıraraq küçədə onunla mübahisə edib. 
Mübahisə zamanı Cəfər onlara “sizin barənizdə hesabı ödəməyənin...” deyərək nalayiq ifadələr işlədib. Bu zaman Rahib Cəfərin onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən əsəbiləşib və şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar yanında olan tanışı İslamın şalvarının arxa cibində olan qatlanan cib bıçağını götürərək Cəfərin qarın nahiyəsindən bir dəfə zərbə vurub.
Hadisəni törədən Rahibin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, hadisə günü, gecə saat 1 radələrində qardaşı Ərəstun, tanışı İslam və sonradan şəxsiyyəti ona məlum olan Cəfər ilə birlikdə İsmayıllı şəhərində yerləşən kafedə təxminən bir saat pivə içdikdən sonra artıq gec olduğu üçün kafedən durmağı qərarlaşdırıblar: 
“25 manat təşkil edən hesabı ödəmək üçün Cəfər bizə özündə pul olmadığına görə hesabı verməyimizi dedi. Cəfərə pulu verə bilməyəcəyimizi, həmin yerə bizi Cəfərin gətirdiyini bildirdim. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə edə-edə kafedən çölə çıxdıq. Qardaşım Ərəstun da kafedən çıxaraq yanımıza gəldi. Kafedən bir qədər aralıda mübahisə zamanı Cəfər sifət nahiyəmdən bir dəfə şillə ilə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Yerdə olan zaman Cəfər bizə “sizin payınıza düşən hesabı ödəməyənin anasını-bacısını...” deyərək nalayiq ifadələr işlətdi. Bu zaman yerdən qalxaraq yanımda dayanmış İslamın arxa cibindən açılıb bağlanan düyməli bıçağını götürərək Cəfərin qarın nahiyəsindən bir dəfə zərbə endirdim. Zərbədən Cəfər bir neçə addım geriləyərək yerə oturdu. Ərəstun isə həmin vaxt bıçağı əlimdən alaraq İslama  verdi. İslam isə bıçağı var gücü ilə uzağa atdı. Bundan sonra Ərəsun yoldan keçən Asim adlı rayon sakinini köməyə çağırdı. Bir qədər sonra tibbi yardım əməkdaşları gələrək Cəfəri xəstəxanaya apardı. Asim isə məni və qardaşım Ərəstunu oradan polis şöbəsinə gətirdi. Həmin zaman İslam artıq qaçaraq oradan uzaqlaşdı”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəfərin sözlərinə görə, hadisədən əvvəlki gün saat 22 radələrində İsmayıllı şəhərində  parkdan çıxaraq yaşadığı evə tərəf getdiyi yolun üstündə olan “Lüks” marketə girib:
“Siqaret alaraq çıxan zaman marketin qarşısında üzdən tanıdığım, şəxsiyyətinin sonradan mənə məlum olduğu Rahib, Ərəstun və İslamı gördüm. Onlara yaxınlaşaraq hal-əhval tutdum. Bir qədər söhbət etdikdən sonra birlikdə spirtli içki içmək qərarına gəldik. Bu məqsədlə İsmayıllı şəhərində yerləşən marketin ikinci mərtəbəsində olan çay evinə getdik. Orada bir qədər pivə içdikdən sonra Rahib kafeyə getməyi, orada pivə içməyi və həmin yerdə olan hesabı özlərinin ödəyəcəklərini bildirdi. Biz masadan qalxdıqda mən 35 manat hesab ödədim”.
Zərərçəkmiş şəxs qeyd edib ki, gecə saat 2 radələrində birlikdə Rahibin dediyi kafeyə gediblər: 
“Orada hərəmizə 2 bakal pivə içdikdən sonra Rahib mənə hesabı ödəməyimi söylədi. Üzərimdə pul qalmadığını, həmçinin aramızda olan razılaşmaya əsasən hesabı Rahibgilin ödəməli olduğunu bildirdim. Bu zaman aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı Rahib məni çölə dəvət edərək mübahisəni orada davam etdirdik. Kafenin qarşısında olan küçədə olan zaman Rahib və qardaşı Ərəstun üzərimə gəldi. Bu zaman Rahiblə Ərəstunu itələyərək özümdən kənarlaşdırdım. Rahib və qardaşı Ərəstun hesabı ödəməyimi, çıxaraq getməyi bildirdilər. Onlar təkrar üzərimə gəldilər. Ərəstun yumruqla məni vurmağa cəhd etdikdə hər ikisini bir daha itələyərək özümdən kənarlaşdırdım. Həmin vaxt qarın nahiyəmdə ağrı hiss etdim. İlk öncə Rahib qarnımdan yumruqla vurduğunu və bunun üçün ağrı hiss etdiyimi düşündüm. Lakin qarın nahiyəmə baxdıqda oradan qan axdığını, bundan başqa qarnımda bıçaq olduğunu gördüm. Həmin an Rahib qışqıra-qışqıra “mən vurdum, mən vurdum” deyə bildirdi və qaçaraq oradan uzaqlaşdı. Həmin vaxt huşumu itirdim. Özümə gəldiyim zaman Qəbələ rayon mərkəzi xəstəxanasında olduğumu gördüm”. 
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rahibin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 
Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ictimai iaşə obyektlərinə getməmək və spirtli içki qəbul etməmək vəzifələri qoyulub. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri