“Karabakh” və “” səhifələrinin yaradılmasının 5 ili tamam olur Fotolar
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Qarabağ həqiqətləri və müasir Azərbaycan tarixinin xronologiyasını dünya ictimaiyyətinə təqdim edən “Karabakh” və “Karabakh.ru” informasiya platformalarının yaradılmasından beş ili ötür.
“Qafqazinfo” xəbər verir ki, “Karabakh” və “Karabakh.ru” səhifələri layihə rəhbərləri Arzu Jaeed @arzujaeed və Elnur Əliyevə @elnur_aliyev20 aiddir.
2019-cu ildə səhifələr yaradılan zaman komandanın qarşısına aydın məqsəd qoyulmuşdu - Prezident Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın işğaldan azad olunması istiqamətində ortaya qoyduğu siyasi iradəni, Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq, Azərbaycanın haqq səsini daha da uca səslə oxuculara təqdim etmək.
Bu məqsədlə geridə qalan 5 il ərzində minlərlə xəbər postu, onlarla beynəlxalq kampaniyalar həyata keçirilib və səhifələr milyonlarla insana informasiya təqdim edib.
Bu rəqəmlərin arxasında ölkəmizin maraqlarını müdafiə edən komandamızın hər bir üzvünün gərgin əməyi dayanır. Cəbhədə atəş səsləri eşidildikdə “Karabakh” və “Karabakh.ru” səhifələri informasiya müharibəsinin ön cəbhəsində dayandı.
Bu səhifələr vasitəsi ilə rəşadətli ordumuzun qəhrəmanlığı barədə dünyaya dolğun informasiya çatdırıldı, ölkədən kənarda minlərlə insan həqiqəti öyrəndi.
Bu beş il ərzində reallaşan layihələr informasiya davamlılığı, vətənpərvərlik və milli ləyaqət əsas səhifələrin əsas simvoluna çevrilib. Bu səhifələrdə Bakıdan, Berlinə, İstanbula, Vaşinqtona, Nyu-Yorka, Londona bir sözlə bütün dünyayda oxucularımızı bir amal ətrafında birləşdirdi.
Beş yaşın mübarək "Karabakh" və "Karabakh.ru"! Qarabağ Azərbaycandır!
Saytın sosial şəbəkə hesabları:
Facebook: Karabakh
Instagram: Karabakh
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















