Icma.az
close
up
RU
Karusel fırlanır: narazılıq növbəsi Vaqif Cavadova çatdı

Karusel fırlanır: narazılıq növbəsi Vaqif Cavadova çatdı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

20 sarı, böyük müzakirələrə səbəb olan bir penalti, mövsümün ilk VAR-sız oyunu və Vaqif Cavadovun kəskin narazılığı…

Mövsüm bitəndən sonra bu əlamətləri kiməsə xatırlatsaz, 24-cü turun adını çəkəcək. Bəli, ilk cümlələrdən də bəlli olduğu kimi, premier-liqada narazı məşqçilər sırasına Vaqif Cavadov da qoşuldu.
Neftçi – Sumqayıt, TURAL QURBANOV
Kəskin və qarlı hava şəraiti komandaların performansına mənfi təsir etsə də, Tural Qurbanovdan da danışmaq lazımdı. Əlbəttə, o, əlindən gələni etdi. Baxmayaraq ki, qonaq futbolçular tez-tez kobud qayda pozuntularına yol verir, matçda fasilələr yaranırdı. Referi hər iki baş məşqçiyə və “Sumqayıt”ın üç futbolçusuna sarı vərəqə göstərdi. Sadəcə, ümumi fikir belədi ki, bu oyunda penaltilərin sayı bir yox, üç olmalıydı. Casurbel Caloliddinovla Murad Məmmədovun yerdə qaldığı epizodlar da hakimin belə qərarına əsas verə bilərdi. Elvin Bədəlovun Ağadadaş Salyanskiyə yöndəmsiz toxunuşuna görə “nöqtə”nin göstərilməsi haqlı idi. Bununla belə, Vaqif Cavadov oyundan sonra coşdu, nə coşdu:

“Bu gün VAR-da olan hakimlərin qərarlarına baxın. Qərarlar ədalətli olsa, nəticələrimiz yaxşı olar”.


Araz-Naxçıvan – Səbail, FƏRİD HACIYEV
Əslində bu cümlələri Elmar Baxşıyev kimi təcrübəli mütəxəssisin komandasına aid etmək üzücü haldı. Lakin reallıqdan qaçmaq olmaz. “Araz-Naxçıvan”ın meydan sahibi olduğu matç turun ən cansıxıcı oyunu oldu. Bu azmış kimi, yol verilən xeyli qayda pozuntusu, futbolçuların intizamsız davranışı ümumi ab-havanı xeyli korladı. Bu üzdən Fərid Hacıyevi “qırmızı-ağlar”ın 4, “dənizçilər”in 1 futbolçusuna sarı vərəqə göstərdiyi üçün qınamaq olmaz. Elə Elmar Baxşıyevin “sarı”sı da qaydalar çərçivəsində idi. Bu qədər emosional etiraza nə ehtiyac var, bəy? Axı ədalət təmsilçisi nəticəyə təsir edən səhvlə yadda qalmadı.
Şamaxı – Turan Tovuz, KAMAL UMUDLU
Canlı yayın yox, VAR yox... “Şamaxı” azarkeşlərinin təzyiqi, ağır məsuliyyət və kəskin, qarlı hava şəraiti... Kamal Umudlu böyük ehtimalla karyerasının ən çətin sınağıyla üz-üzə idi. Bəzi hallarda futbolçuların qayda pozuntusuna göz yumdu, bəzən də həqiqətən görmədi ki, “Şamaxı” azarkeşlərinin etiraz səsləri sayəsində səhvini düzəltdi. Uzun müddət Ayxan Abbasovun etirazlarına səbrlə yanaşan “fit sahibi” 32-ci dəqiqədə onu sarı vərəqəylə cəzalandırdı. Ədalət təmsilçisinin komandalara münasibətdə mərhəmətli olduğunu deməkdə də fayda var.
Dəfələrlə futoblçularla şifahi xəbərdarlıq etdi, yalnız əndazəni aşan kobud müdaxilələrdə əlini cibinə atdı və “Şamaxı”nın üç, “Turan Tovuz”un iki futbolçusuna “sarı” göstərdi. Hər halda, matçın taleyini Umudlu yox, komandaların performansı təyin etdi. Ayxan Abbasov demişkən, bir-iki epizodda VAR-a ehtiyac var idi ki, bunun günahkarı hakim yox, təbiətdi.
Qarabağ – Sabah, ƏLİYAR AĞAYEV
Referi dinamik matçın öhdəsindən layiqincə gəldi. Komandalar kobudluğa yol vermir, qaydalara maksimum dərəcədə əməl etməyə çalışırdı. Əliyar bəy meydan sahiblərinə 1, qonaqlara 2 sarı vərəqə göstərdi ki, hamısı haqlı idi. Referi oyunboyu sərt mübarizənin yaşanmasına, daimi fasilələrə əngəl ola bildi. Əliyar Ağayevlə köməkçilərinin oyunu qüsursuz idarə etdiyini deyə bilərik. Belədə hakimlər briqadasının işini əla qiymətləndirmək mümkündü.
Zirə - Kəpəz, RAUF CABBAROV
Oyun yetərincə sürətli və gərgin mübarizə şəraitində keçdi. Referi futbolçulara 4 sarı vərəqə göstərdi ki, bunlar komandalar arasında bərabər bölündü. Rauf bəy vəzifəsinin öhdəsindən layiqincə gələ bildi. Hər iki komandanın baş məşqçisi oyunboyu bəzi epizodlarla bağlı 4-cü hakimə narazılıq etsələr də, oyunsonrası mətbuat konfransında hakim idarəçiliyi ilə bağlı fikir bildirən olmadı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Mart 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri